Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-941/2024 26.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia qaldıraraq 975.81 (doqquz yüz yetmiş beş manat səksən bir qəpik) manat əsas borc, 89.75 (səksən doqquz manat yetmiş beş qəpik) manat faiz borc, 73.70 (yetmiş üç manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1139.26 (bir min bir yüz otuz doqquz manat iyirmi altı qəpik) manat borcunun və ödənilmiş dövlət rüsumuna görə 31.39 (otuz bir manat otuz doqquz qəpik) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 20 iyul 2022-ci il tarixli 350021-CNS-37289 saylı müqaviləyə əsasən “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 26 (iyirmi altı) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 1.570 (bir min beş yüz yetmiş) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Ödəniş cədvəlinin surətinə əsasən xx.xx.2022-ci il tarixli 350021- CNS-37289 nömrəli kredit müqaviləsi üzrə alınmış kredit xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 63.34 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 350021-CNS-37289 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 975.81 manat əsas borc, 89.75 manat faiz vorc və 73.70 manat cərimə borcu olmaqla, cəmi 1139.26 manat borcu vardır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, “Bank VTB (Azərbaycan)) ASCnin xeyrinə Cavabdeh müştərək qaydada 975.81 (doqquz yüz yetmiş bir manat səksən bir qəpik) manat əsas borc, 89.75 (səksən doqquz manat yetmiş beş qəpik) manat faiz borcun və 31.39 (otuz bir manat otuz doqquz qəpik) manat dövlət rüsumu tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq ikirəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 20 iyul 2022-ci il tarixli 350021-CNS-37289 saylı kredit müqaviləsinə əsasən 975.81 (doqquz yüz yetmiş beş manat səksən bir qəpik) manat əsas borc, 89.75 (səksən doqquz manat yetmiş beş qəpik) manat faiz borc, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 1075.56 (bir min yetmiş beş manat əlli altı qəpik) manat borc və 31.39 (otuz bir manat otuz doqquz qəpik) manat dövlət rüsumu tutulub kreditor İddiaçı ASC-nin hesabına xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-941/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-941/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver