Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-99/2023 24.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər İsrəfı̇ lov Ədalət Elzar oğlu, Əfəndı̇ yev Fayıq Eyvaz oğlu və Əfəndı̇ yev Eyvaz Fayıq oğluna qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, cavabdeh Əfəndı̇ yev Eyvaz Fayıq oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər İsrəfı̇ lov Ədalət Elzar oğlu, Əfəndı̇ yev Fayıq Eyvaz oğlu və Əfəndı̇ yev Eyvaz Fayıq oğluna qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdehlər İsrəfı̇ lov Ədalət Elzar oğlu, Əfəndı̇ yev Fayıq Eyvaz oğlu və Əfəndı̇ yev Eyvaz Fayıq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İsrəfı̇ lov Ədalət Elzar oğlu, Əfəndı̇ yev Fayıq Eyvaz oğlu və Əfəndı̇ yev Eyvaz Fayıq oğlundan birgə qaydada "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə 787.57 (yeddi yüz səksən yeddi manat əlli yeddi qəpik) manat əsas, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 126.49(bir yüz iyirmi altı manat qırx doqquz qəpik) manat, xx.xx.2022-ci il tarixə geciktirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 0 (sıfr) manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 3.72 (üç manat yetmiş iki qəpik) olmaqla, cəmi 917.73 (doqquz yüz on yeddi manat, yetmiş üç qəpik) manat kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh3 Fayiq oğlunun Bankla bağladığı 19 avqust 2019-cu il tarixli, 001/01-KM**********4/19 № kredit müqaviləsinə 06 sentyabr 2021-ci il tarixli, 001/KM/103/5211879/060921 № əlavəsinə əsasən ona illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 1082.06 (bir on min səksən iki manat 06 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh3 Fayiq oğluna məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə əsasən verilmiş kredit restrukturizasiya olunur və Cavabdeh3 Fayiq oğluna illik 24% (iyirmi dörd) faiz olmaqla, 12 (on iki) ay müddətinə 1082.06 (bir on min səksən iki manat 06 qəpik) manat kredit verilmişdir. Müqavilənin 2.1-ci maddəsində göstərilən şərtlə yuxarıda qeyd edilən kimi dəyişdirilməklə Borcalana yeni ödəniş cədvəli verilir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9- cu bəndinə əsəsan bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən dəbbə pulu hesablanır. 1-ci Cavabdeh3 Fayiq oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun əsas borc üzrə 787.57 (yeddi yüz səksən yeddi manat 57 qəpik) manat, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 126.49 (bir yüz iyirmi altı manat 49 qəpik) manat, xx.xx.2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 0 (sıfır) manat, Kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5%olmaqla 3.72 (üç manat 72 qəpik) cəmi 917.78 (doqquz yüz on yeddi manat 78 qəpik) manat məbləğində borcu yaranmışdır. 2-ci Cavabdeh X1 yuxarıda qeyd olunan Kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla Bank arasında 19 avqust 2019-cu il tarixli, 001/**-ZM- ***52118794/19 № kredit müqaviləsinə 06 sentyabr 2021-ci il tarixli, 002/ZM/103/5211879/060921 № əlavəsi ilə Zaminlik müqaviləsinə dəyişiklik edilməsinə dair Müqaləyə Əlavə bağlanmışdır. 3-cü Cavabdeh1 yuxarıda qeyd olunan Kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla Bank arasında 19 avqust 2019-cu il tarixli, 001/**-ZM-***52118794/19 № kredit müqaviləsinə 06 sentyabr 2021-ci il tarixli, 001/ZM/103/5211879/060921 № əlavəsi ilə Zaminlik müqaviləsinə dəyişiklik edilməsinə dair Müqaləyə Əlavə bağlanmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əfəndı̇ yev Eyvaz Fayıq oğlu iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti xx.xx.2019-cu ildə müqavilə bağlayaraq 1082.06 manat kredit götürmüşdür. Maddi vəziyyəti pisləşdiyindən kredit borcunu ödəyə bilmir. Qalan borcu yalnız hissə-hissə ödəmək iqtidarındadır. 24.01 2023-cü il tarixdə ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər İsrəfı̇ lov Ədalət Elzar oğlu və Əfəndı̇ yev Fayıq Eyvaz oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti ilə Əfəndı̇ yev Eyvaz Fayıq oğlu arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 19 avqust 2019-cu il tarixli MK**********4/19 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən cavabdeh Əfəndı̇ yev Eyvaz Fayıq oğluna illik 24 faizlə 18 ay müddətinə 5000 manat məbləğində kredit açılmışdır. İş materiallarında olan 19 avqust 2019-cu il tarixli MK**********4/19 nömrəli kredit razılaşması üzrə Ödəniş cədvəlindən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit razılaşmasının ayrılmaz tərkib hissəsidir və borcalan Əfəndı̇ yev Eyvaz Fayıq oğlu 1082.06 məbləği illik 24 faizlə,18 ay müddətinə aylıq 548.88 manat, sonuncu ay 549.04 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli, 002/ZM/103/52118794/060921 saylı zaminlik müqaviləsindən görünür ki, Əfəndı̇ yev Fayıq Eyvaz oğlu oğlu borclu Əfəndı̇ yev Eyvaz Fayıq oğlunun 19 avqust 2019-cu il tarixli MK**********4/19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli, 002/ZM/103/52118794/060921 zaminlik müqaviləsindən görünür ki, İsrəfı̇ lov Ədalət Elzar oğlu oğlu borclu Əfəndı̇ yev Eyvaz Fayıq oğlunun 19 avqust 2019-cu il tarixli MK**********4/19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Əfəndı̇ yev Eyvaz Fayıq oğlunın 19 avqust 2019-cu il tarixli MK**********4/19 nömrəli kredit razılaşması üzrə xx.xx.2023-ci il tarixə 787.57 manat əsas, 1.64 manat faiz, 0 manat cərimə borcu və 15.20 manat gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda borcu vardır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, zamin durmuş digər cavabdeh İsrəfı̇ lov Ədalət Elzar oğluna və Əfəndı̇ yev Fayıq Eyvaz oğluna münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə cavabdeh Əfəndı̇ yev Eyvaz Fayıq oğlunun 19 avqust 2019-cu il tarixli MK**********4/19 nömrəli müqavilə üzrə əsas borcu 787.57 manat, faiz borcu 1,64 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3 manat 72 qəpik məbləğində əldən çıxmış fayda cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Əfəndı̇ yev Eyvaz Fayıq oğludan, İsrəfı̇ lov Ədalət Elzar oğlundan və Əfəndı̇ yev Fayıq Eyvaz oğlundan müştərək qaydada 787.57 (yeddi yüz səksən yeddi manat əlli yeddi qəpik) manat əsas, 1.64 (bir manat altmış dörd qəpik) faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 3.72 (üç manat yetmiş iki qəpik) olmaqla, cəmi 792.93 (yeddi yüz doxsan iki manat doxsan üç qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Əfəndı̇ yev Eyvaz Fayıq oğlundan, (zamin) İsrəfı̇ lov Ədalət Elzar oğlundan və (zamin) Əfəndı̇ yev Fayıq Eyvaz oğlundan müştərək qaydada 787.57 (yeddi yüz səksən yeddi manat əlli yeddi qəpik) manat əsas, 1.64 (bir manat altmış dörd qəpik) faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 3.72 (üç manat yetmiş iki qəpik) olmaqla, cəmi 792.93 (yeddi yüz doxsan iki manat doxsan üç qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-99/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-99/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver