Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-113/2023 16.03.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh İddiaçı BOKT ASCnin xeyrinə 26 iyul 2019-cu il tarixli 025/19/PB saylı kredit müqaviləsinə əsasən 1924,98 manat əsas borc, 142,82 manat faiz borcu, 1640,08 manat dəbbə pulu olmaqla, cəmi 3707,88 manat kredit borcu və 57,10 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 26 iyul 2019-cu il tarixli 025/19/PB saylı kredit müqaviləsinə əsasən 1924,98 manat əsas borc, 142,82 manat faiz borcu, 1640,08 manat dəbbə pulu olmaqla, cəmi 3707,88 manat kredit borcu və 57,10 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəməyə ərizə göndərərək Cavabdeh tərəfindən məhkəmə prosesi dövründə banka olan borc tam şəkildə ödənildiyini göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh İddiaçı BOKT ASCnin xeyrinə 26 iyul 2019-cu il tarixli 025/19/PB saylı kredit müqaviləsinə əsasən 1924,98 manat əsas borc, 142,82 manat faiz borcu, 1640,08 manat dəbbə pulu olmaqla, cəmi 3707,88 manat kredit borcu və 57,10 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-113/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-113/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver