Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-174/2022 20.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, cavabdeh Ağahacıyev Elvin Fərhad oğlunun iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ağahacıyev Elvin Fərhad oğlundan 1511,78 manat əsas, 426,91 manat faiz, 623,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66,99 manat faiz borcu və iş üzrə ödənilmiş 46,29 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Ağahacıyev Elvin Fərhad oğlundan 1511,78 manat əsas, 426,91 manat faiz, 623,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66,99 manat faiz borcu və iş üzrə ödənilmiş 46,29 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Ağahacıyev Elvin Fərhad oğlu arasında bağlanmış 12 mart 2019-cu il tarixli 004NFFK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla 2500 manat kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Ağahacıyev Elvin Fərhad oğlu müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.01 fevral 2022-ci il tarixə Ağahacıyev Elvin Fərhad oğlunun kredit üzrə 1511,78 manat əsas, 426,91 manat faiz, 623,71 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respubliksası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66,99 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 1-cı, 1.1-cı və 2-cı bəndlərinə əsasən bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin odənilməsini tələb eynəyə Bankın hüququ vardır. Kredit şərtlərinin kobud surətdə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 08 fevral 2022-ci il tarixli **********265 saylı bildiriş məktubun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və banka olan borcunu ödəməmişdir. Ona görə də cavabdeh Ağahacıyev Elvin Fərhad oğlundan 1511,78 manat əsas, 426,91 manat faiz, 623,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66,99 manat faiz borcu və iş üzrə ödənilmiş 46,29 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Ağahacıyev Elvin Fərhad oğlu izahat verərək göstərdi ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 12 mart 2019-cu il tarixli 004NFFK nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla 2500 manat kredit verilmişdir. Banka olan borcunu əvvəllər ödəmişdir. Lakin sonradan maddi imkanı omadığına görə banka olan borcunu ödəyə bilməmişdir. Banka olan borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmədən cərimə borcunun azaldılmasına köməklik göstərməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib və işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən edildi ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Ağahacıyev Elvin Fərhad oğlu arasında bağlanmış 12 mart 2019-cu il tarixli 004NFFK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla 2500 manat kredit verilmişdir. Kredit şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 08 fevral 2022-ci il tarixli **********265 saylı bildiriş məktubun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və banka olan borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 12 mart 2019-cu il tarixli 004NFFK nömrəli kredit müqaviləsinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdeh Ağahacıyev Elvin Fərhad oğluna 24 ay müddətinə illik 26% dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-3(103)-129/2020 saylı 30 aprel 2020-ci il tarixli qərarının surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 08 fevral 2022-ci il tarixli **********265 saylı bildirişindən görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun və zaminin əmlak mənafelərini, banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 004NFFK saylı kredit müqaviləsi üzrə dəbbə pulunun 623,71 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir. Dəbbə pulunun 300 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Ağahacıyev Elvin Fərhad oğlundan 1511,78 manat əsas, 426,91 manat faiz, 300 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66,99 manat faiz borcu və iş üzrə ödənilmiş 46,29 manat dövlət rüsumu tutulub ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Ağahacıyev Elvin Fərhad oğlundan 1511,78 manat əsas, 426,91 manat faiz, 300 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66,99 manat faiz borcu və iş üzrə ödənilmiş 46,29 manat dövlət rüsumu tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-174/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-174/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver