Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-181/2024 28.03.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakimi Quliyev Mirələm Qoçu oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 548,96 manat kredit borcu, 12,96 manat faiz borcu və 322,57 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 884,49 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək iş üzrə mübahisə məhkəmədən kənar öz həllini tapdığından iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 259,263,264 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 548,96 manat kredit borcu, 12,96 manat faiz borcu və 322,57 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 884,49 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-181/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-181/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver