Məhkəmə qərarları › İş №e-2(026)-182/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-182/2024

03.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-182/2024 03.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Qobustan rayon məhkəməsinin 2(026)-114/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 14 fevral 2007-ci il tarixdə anadan olmuş X2, 221 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 və 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Qobustan rayon məhkəməsinin 2(026)-114/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 14 fevral 2007-ci il tarixdə anadan olmuş X2, 221 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 və 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayon məhkəməsinin 2(026)-114/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında Laçın rayonu Mişni kənd icra nümayəndəliyində 28 oktyabr 2008-ci il tarixdə 10 sayla qeydə alınmış nikahın pozulması, 14 fevral 2007-ci il tarixdə anadan olmuş X2, 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 onun yanında qalması və üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Keçən müddət ərzində uşaqlar böyümüş və tələbat da artmışdır. Hazırkı çətin dövrdə uşaqların tələbatını ödəmək çox çətindir. Pərviz yaşadığı Hilmilli kəndində kənd təsərrüfatı ilə məşğul olur və özəl şirkətdə çalışır. Onun qazancı normal olsa da, ona alimenti ödəməyəcəyini bildirir. O, özü isə heç bir yerdə işləmir və dövlətdən sosial yardım almır. Ona görə də aliment miqdarının artırılaraq 14 fevral 2007-ci il tarixdə anadan olmuş X2, 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə nikahlarını 28 oktyabr 2008-ci il tarixdə rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 14 fevral 2007-ci il tarixdə Turqut, 21 yanvar 2009-cu il tarixdə Tuğay və 02 oktyabr 2014-cü il tarixdə Tunar adlı üç uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan Qobustan rayon məhkəməsinin 2(026)-114/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, 14 fevral 2007-ci il tarixdə anadan olmuş X2, 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X5 anaları Güllünün yanında qalması və üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutulub Güllüyə verilməsi qət edilmişdir. Hazırda Güllünün tələb etdiyi aliment miqdarı çox yüksəkdir. Lakin övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 400 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qobustan rayon məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(026)-114/2021 saylı qətnaməsindən görünür ki, 14 fevral 2007-ci il tarixdə anadan olmuş X2, 21 yanvar 2009cu il tarixdə anadan olmuş X4 və 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Mediasiya prosesinin 27 fevral 2024-cü il tarixli arayışında göstərilir ki, İddiaçı alimentin miqdarının artırılması üçün müraciət etmiş, Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən mübahisəni davam etdirmək mümkün olmamışdır. Müəyyən olundu ki, Qobustan Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(026)- 114/2021 saylı qətnaməsi ilə 14 fevral 2007-ci il tarixdə anadan olmuş X2, 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 və 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda həmin aliment uşağın tələbatını ödəmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Qobustan rayon məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(026)-114/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 14 fevral 2007-ci il tarixdə anadan olmuş X2, 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 və 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 38 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14 fevral 2007-ci il tarixdə anadan olmuş X2, 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 və 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 38 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar