Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-187/2023 04.05.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4086,78 manat əsas və 573,87 manat faiz borcu olmaqla, cəmi 4660,65 manat borc və 66,60 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4086,78 manat əsas və 573,87 manat faiz borcu olmaqla, cəmi 4660,65 manat borc və 66,60 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3966,78 manat əsas və 573,87 manat faiz borcu olmaqla, cəmi 4540,65 manat borc və 66,60 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemliaktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı X4 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 18 oktyabr 2017-ci il tarixli, S-FK -575 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən Cavabdeh2 təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 5160,65 manat (əsas borc 4586.78 manat; faiz borcu 573,87 manat) məbləğində borcu olmuşdur. "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2014-cü il tarixli 54-xx.xx.2014-SM56 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 22 %-lə 9000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 03 sentyabr 2014-cü il tarixli 54-xx.xx.2014- SM56 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin durmuşdur. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh2 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlər gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Lakin iş məhkəmədə baxılan zaman Cavabdeh2 banka olan borcundan ödəniş etmişdir. Ona görə də Cavabdeh2 İddiaçı QSC-yə olan borcu 3966,78 manat əsas və 573,87 manat faiz borcu olmaqla, cəmi 4540,65 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəfələrlə müraciət olunmasına baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3966,78 manat əsas və 573,87 manat faiz borcu olmaqla, cəmi 4540,65 manat borc və ödənilmiş 66,60 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 izahat verərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 03 sentyabr 2014-cü il tarixli 54-xx.xx.2014-SM56 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 22 %-lə 9000 manat məbləğində kredit verilmişdir. Banka olan borcunu maddi imkanı olmadığı üçün ödəməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh X3 izahatını dinləyib işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemliaktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı X4 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 18 oktyabr 2017-ci il tarixli, S-FK -575 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən Cavabdeh2 təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 5160,65 manat (əsas borc 4586.78 manat; faiz borcu 573,87 manat) məbləğində borcu olmuşdur. "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2014-cü il tarixli 54-xx.xx.2014-SM56 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 22 %-lə 9000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 03 sentyabr 2014-cü il tarixli 54-xx.xx.2014- SM56 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin durmuşdur. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh2 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlər gecikdirilmişdir. Cavabdeh2 İddiaçı QSC-yə olan borcu 3966,78 manat əsas və 573,87 manat faiz borcu olmaqla, cəmi 4540,65 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2014-cü il tarixli 54-xx.xx.2014-SM56 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 36 ay müddətinə illik 22 %-lə 9000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 03 sentyabr 2014-cü il tarixli 54-xx.xx.2014- SM56 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xəbərdarlıq bildirişində göstərilir ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3966,78 manat əsas və 573,87 manat faiz borcu olmaqla, cəmi 4540,65 manat borc və ödənilmiş 66,60 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3966,78 manat əsas və 573,87 manat faiz borcu olmaqla, cəmi 4540,65 manat borc və ödənilmiş 66,60 manat dövlət rüsumu tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-187/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-187/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver