Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-199/2024 15.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, İddiaçı ASCnin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 14 aprel 2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2147,85 manat, faiz borcuna görə 239,39 manat, cərimə borcuna görə 700 manat, cəmi 3087,24 manat pul və dövlət rüsumu kimi ödənilmiş 51 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş sep qolbaq - 1 ədəd, çəkisi- 30,25,əyarı–583, komplket – 1 ədəd, çəkisi- 10,8,əyarı–583, 3əd üzük– 3 ədəd, çəkisi- 13,6,əyarı–583, sırğa - 1 ədəd, çəkisi- 3,6,əyarı–585, sep – 1 ədəd, çəkisi- 2,65,əyarı– 585, cəmi: 60,9 qram, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 14 aprel 2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsi üzrə cəmi 3087,24 manat pul və dövlət rüsumu kimi ödənilmiş 51 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 14 aprel 2023-cü il tarixli, SMLMB- 08051 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şamaxı” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsinə əsasən illik 26% dərəcəsi olmaqla 12 ay müddətinə 3500 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, SMLMB- 08051 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2147,85 manat, faiz borcuna görə 239,39 manat, cərimə borcuna görə 700 manat, cəmi 3087,24 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli, SMLMB-08051 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şamaxı” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir-sep qolbaq - 1 ədəd,çəkisi- 30,25,əyarı–583; komplket – 1 ədəd,çəkisi- 10,8,əyarı–583; 3əd üzük– 3 ədəd,çəkisi- 13,6,əyarı–583; sırğa - 1 ədəd,çəkisi- 3,6,əyarı–585; sep – 1 ədəd,çəkisi- 2,65,əyarı–585; cəmi: 60,9 qr. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün xx.xx.2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2147,85 manat, faiz borcuna görə 239,39 manat, cərimə borcuna görə 700 manat, cəmi 3087,24 manat pulun tutulması, tələbin girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməletməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, ərizə 13 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 14 mart 2024-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ASC-nin 24 fevral 2024-cü il tarixli RB02/PK saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC –yə 14 aprel 2024-cü il tarixinə banka 3087,24 manat borcu vardır. İddiaçı xx.xx.2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında saxlanc girovu haqqında müqavilə bağlanmışdır. İddiaçı ASC-nin 21 fevral 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh 14 aprel 2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2147,85 manat, faiz borcuna görə 239,39 manat, cərimə borcuna görə 700 manat, cəmi 3087,24 manat pul və dövlət rüsumu kimi ödənilmiş 51 manat məbləğində pul tutulmalı, Cavabdeh məxsus olan girov qoyulmuş sep qolbaq - 1 ədəd, çəkisi- 30,25,əyarı–583, komplket – 1 ədəd, çəkisi- 10,8,əyarı– 583, 3əd üzük– 3 ədəd, çəkisi- 13,6,əyarı–583, sırğa - 1 ədəd, çəkisi- 3,6,əyarı–585, sep – 1 ədəd, çəkisi- 2,65,əyarı–585, cəmi: 60,9 qram, bu qızıl-zinət əşyaları hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 14 aprel 2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsi üzrə cəmi 3087,24 manat pul və dövlət rüsumu kimi ödənilmiş 51 manat məbləğində pul ödənilməli, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 14 aprel 2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh 14 aprel 2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2147,85 manat, faiz borcuna görə 239,39 manat, cərimə borcuna görə 700 manat, cəmi 3087,24 manat pul və dövlət rüsumu kimi ödənilmiş 51 manat məbləğində pul tutulub İddiaçı ASC-yə ödənilsin. Cavabdeh məxsus olan girov qoyulmuş sep qolbaq - 1 ədəd, çəkisi- 30,25,əyarı– 583, komplket – 1 ədəd, çəkisi- 10,8,əyarı–583, 3əd üzük– 3 ədəd, çəkisi- 13,6,əyarı– 583, sırğa - 1 ədəd, çəkisi- 3,6,əyarı–585, sep – 1 ədəd, çəkisi- 2,65,əyarı–585, cəmi: 60,9 qram, bu qızıl-zinət əşyaları hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 14 aprel 2023-cü il tarixli, SMLMB-08051 saylı kredit müqaviləsi üzrə cəmi 3087,24 manat pul və dövlət rüsumu kimi ödənilmiş 51 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə ödənilsin və girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-199/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-199/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver