Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-2/2024 16.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 19 noyabr 2020-ci il tarixli SMNPU-02701 saylı kredit müqaviləsi üzrə 1982,04 manat əsas, 45,12 manat faiz, 32,22 manat cərimə borcu olmaqla, cəmi 2059,38 manat borc və 40,6 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 19 noyabr 2020-ci il tarixli SMNPU-02701 saylı kredit müqaviləsi üzrə 1982,04 manat əsas, 45,12 manat faiz, 32,22 manat cərimə borcu olmaqla, cəmi 2059,38 manat borc və 40,6 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 05 avqust 2024-cü ildəməhkəməyə ərizə göndərərək cavabdehin vərəsəlik işi aşkarlandığını, bunla əlaqədar notariat ofisinə sorğu göndərildiyini bildirərək məhkəmə baxışı iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən on gün vaxt verilərək məhkəmə iclası təxirə salınmışdır. Lakin bu müddətdə də vərəsələrin dairəsi müəyyən olunmamışdır. Ona görə də Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 19 noyabr 2020-ci il tarixli SMNPU-02701 saylı kredit müqaviləsi üzrə 1982,04 manat əsas, 45,12 manat faiz, 32,22 manat cərimə borcu olmaqla, cəmi 2059,38 manat borc və 40,6 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-2/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-2/2024
16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver