Məhkəmə qərarları › İş №e-2(026)-225/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-225/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-225/2024 08.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh ilə aralarında bağlanmış 14 fevral 2020-ci il tarixli 128 saylı kredit müqaviləsi üzrə 1798,51 manat əsas borc, 1,20 manat faiz borcu, 14 fevral 2020-ci il tarixli 129 saylı kredit müqaviləsi üzrə 1928,97 manat əsas borc və 1,29 manat faiz borcu olmaqla, ümumilikdə 3729,97 manat borcun cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Qobustan rayonu Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin 0,15 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 16000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Qobustan rayonunun Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə və 0,15 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 3729,97 manat borc məbləğinin və ödənilmiş 57,29 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatına ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh ilə arasında bağlanmış 14 fevral 2020-ci il tarixli 128 saylı kredit müqaviləsi üzrə 1798,51 manat əsas borc, 1,20 manat faiz borcu, 14 fevral 2020-ci il tarixli 129 saylı kredit müqaviləsi üzrə 1928,97 manat əsas borc və 1,29 manat faiz borcu olmaqla, ümumilikdə 3729,97 manat borcun cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Qobustan rayonu Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə 0,15 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 16000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Qobustan rayonunun Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə və 0,15 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 3729,97 manat borc məbləğinin və ödənilmiş 57,29 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 məhkəməyə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək borclu X1 banka olan borcundan ödəniş etdiyi və hazırda banka cəmi 2950,80 manat borcu qaldığını göstərdi. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icra icrasının təmin edilməsi məqsədilə “Aqrarkredit, QSC Bank olmayan Kredit Təşkilatı ilə Qobustan rayonu, Xilmilli kənd sakini X4 ilə 14 fevral 2020-ci il tarixli 128 və 129 saylı güzəştli kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh illik 1 faiz hesablanmaqla 4216, 88 manat və 4444,12 manat olmaqla, iki müqavilə üzrə cəmi 8661 manat kredit borcunu 5 il müddətədək ödənilməsi barədə öhdəlik götürmüşdür. Güzəştli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi Qobustan rayon Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi 0,15 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı “Aqrarkredit, QSC Bank olmayan Kredit Təşkilatının “Şamaxı” filialı ilə ipotekaqoyan arasında 14 fevral 2020-ci il tarixli 128/129 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin razılaşdırılmış dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən əmlakın dəyəri 16000 manat müəyyən edilmişdir. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli 128 və 129 saylı kredit müqaviləsi üzrə cəmi 2950,80 manat borcun cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Qobustan rayonu Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə 0,15 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 160000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Qobustan rayonunun Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə və 0,15 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 2950,80 manat borc məbləğinin və ödənilmiş 57,29 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatına hər iki kredit üzrə olan cəmi 2950,80 manat borcunu ödəyəcəkdir. İpoteka qoyulmuş evin qiymətinin 16000 manat müəyyən edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə X4 arasında 14 fevral 2020-ci il tarixli 128 və 129 saylı güzəştli kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh illik 1% faiz hesablanmaqla 4216, 88 manat və 4444,12 manat olmaqla, iki müqavilə üzrə cəmi 8661 manat kredit borcunu 5 il müddətədək ödənilməsi barədə öhdəlik götürmüşdür. Güzəştli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi Qobustan rayon Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi 0,15 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı “Aqrarkredit, QSC Bank olmayan Kredit Təşkilatının “Şamaxı” filialı ilə ipotekaqoyan arasında 14 fevral 2020-ci il tarixli 128/129 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin razılaşdırılmış dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən əmlakın dəyəri 16000 manat müəyyən edilmişdir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 14 fevral 2020-ci il tarixli 128 və 129 saylı güzəştli kredit müqavilələrindən görünür ki, həmin müqavilələrə əsasən Cavabdeh illik 1 faiz hesablanmaqla 4216, 88 manat və 4444,12 manat olmaqla, iki müqavilə üzrə cəmi 8661 manat kredit verilmişdir. Güzəştli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi Qobustan rayon Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi 0,15 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı “Aqrarkredit, QSC Bank olmayan Kredit Təşkilatının “Şamaxı” filialı ilə ipotekaqoyan arasında 14 fevral 2020-ci il tarixli 128/129 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin razılaşdırılmış dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən əmlakın dəyəri 16000 manat müəyyən edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 14 fevral 2020-ci il tarixli 128 saylı kredit müqaviləsi üzrə 4216,88 manat əsas və ona hesablanmış 127, 92 manat faiz borcu olmaqla, cəmi 4344,80 manat borc, 14 fevral 2020-ci il tarixli 129 saylı kredit müqaviləsi üzrə 4444,12 manat əsas və ona hesablanmış 134,05 manat faiz borcu olmaqla, cəmi 4578,17 manat borc, ümumilikdə hər iki müqavilə üzrə 8922,97 manat borcu vardır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 22 noyabr 2023-cü il tarixli 499 saylı pretenziya məktubundan görünür ki, borcun ödənilməsi Cavabdeh bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli 128 və 129 saylı kredit müqaviləsi üzrə ümumilikdə 2950,80 manat borc Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməli, Qobustan rayonu Xilmilli kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin 0,15 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 16000 manat dəyərində müəyyən edilməli, borc tələbinin ipoteka qoyulmuş Qobustan rayonu Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə və 0,15 ha həyətyanı torpaq sahəsinə yönəldilməli, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 2950,80 manat borc məbləğ və ödənilmiş 57,29 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14 fevral 2020-ci il tarixli 128 və 129 saylı kredit müqaviləsi üzrə ümumilikdə 2950,80 manat borc tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qobustan rayonu Xilmilli kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinə 0,15 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 16000 manat dəyərində müəyyən edilsin. Borc tələbi ipoteka qoyulmuş Qobustan rayonu Xilmilli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə və 0,15 ha həyətyanı torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərraca çıxarılaraq satılsın və satışdan əldə olunmuş vəsait hesabına 2950,80 manat borc məbləği və ödənilmiş 57,29 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar