Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-229/2025 05.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 23 yanvar 2023-cü il tarixli, 002A********** saylı kredit razılaşması üzrə 8888,47 manat məbləğində kredit bоrcu, 821,50 manat məbləğində faiz bоrcu və 227,11 manat məbləğində cərimə olmaqla, cəmi 9937,08 manat, Cavabdeh1 iddiaçının xeyrinə 23 yanvar 2023-cü il tarixli, 002KK**********01 saylı kredit razılaşması üzrə 1500 manat məbləğində kredit bоrcu, 363,95 manat məbləğində faiz bоrcu və 184,78 manat məbləğində cərimə olmaqla, cəmi 2048,73 manat, ümumilikdə cəmi 11985,81 manat məbləğində bоrcun və ödənilmiş 125,96 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 23 yanvar 2023-cü il tarixdə bağladığı 002A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1,75% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 05 aprel 2024-cü il tarixli, 002A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, 06 avqust 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 6111,53 manat ödəniş etmiş və оnun iddiaçıya 8888,47 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 05 fevral 2025-ci il tarixə 183 gün üçün hesablanmış faiz borcu 821,5 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməlidir. 05 fevral 2025-ci il tarixə 183 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 227,11 manat təşkiledir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Bundan başqa, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 23 yanvar 2023-cü il tarixli, 002KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “X1 Cards” növlü kart hesabı və 36 ay müddətinə 1500 manat məbləğində kredit limiti açılmışdır. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Cavabdeh1 əsas borcu üzrə 1500 manat məbləğində kredit borcu qalmışdır. Kart Kredit Müqaviləsinin 2.4-cü bəndinə müvafiq olaraq, 05 fevral 2025-ci il tarixə 443 gün üçün hesablanmış faiz borcu 363,95 manat, 3.7-ci bəndinə müvafiq olaraq cərimə 184,78 manat təşkil edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, o, həqiqətən də, iddiaçı bankdan işlədiyi müddətdə kreditlər götürmüş və bir sıra ödənişlər etmişdir. Lakin sonradan işdən çıxarıldığına görə ödənişlərini edə bilməmişdir. Hazırda ailəsinin bütün yükü onun üzərində olduğuna görə ödənişləri edə bilmir. O, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, o, Cavabdeh1la eyni hərbi hissədə çalışmış, həmin müddətdə Cavabdeh1 götürdüyü kredit üzrə zamin dayanmışdır. Lakin sonradan hər ikisi ixtisara düşərək işdən çıxarılmışdır. Hazırda 1 ilə yaxındır ki, işləmirlər. Onun özünün də kredit borcu var, həmin kredit üzrə ödənişləri çətinliklə çatdırır. O, iddia tələbi üzrə qərar qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə baxış iclasında nümayəndə ilə təmsil olunmamışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehləri dinləyib və onların iddianı qəbul etmələrini nəzərə alıb, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan İddiaçı QSC ilə müştəri Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, müştəri bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuşdur və onları qəbul edir. 002A********** nömrəli müqavilənin xüsusi şərtlərindən görünür ki, müştəriyə 40000 manat məbləğində 48 ay müddətinə maksimum faiz dərəcəsi 28 faiz olmaqla kredit limiti ayrılmış, müştəri tərəfindən həmin tarixdə 36 ay müddətinə 21 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit sifariş edilmişdir. Hesabdan çıxarışdan da göründüyü kimi, 15000 manat məbləğində kredit Cavabdeh1 tərəfindən 23 yanvar 2023-cü il tarixində hesabdan məxaric edilmişdir. İşdə surəti olan İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli, 002G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 23 yanvar 2023-cü il tarixli, 002A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 İddiaçı QSC qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə surəti olan kredit verən İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 05 aprel 2024-cü il tarixli, 002A**********S saylı sazişdən görünür ki, kredit alan bank ilə kredit alan arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli, 002A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan 05 aprel 2024-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir (23 yanvar 2026-cı ilədək). İşdə surəti olan İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 05 aprel 2024-cü il tarixli, 002G**********01S saylı sazişdən görünür ki, bank ilə zamin arasında 23 yanvar 2023-cü il tarixdə bağlanmış 002G**********01 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək həmin preambulaya aşağıdakı cümlə əlavə edilmişdir: kreditin məbləği: 15000 manat, faiz dərəcəsi: aylıq 1,75 faiz, kreditin illik faiz dərəcəsi: 21 faiz, kreditin müddəti: 21 ay, ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla. İşdə surəti olan İddiaçı QSC-nin 05 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh1 23 yanvar 2023-cü il tarixli, 002A********** saylı kredit razılaşması üzrə 05 fevral 2025-ci il tarixinə olan borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borc 8888,47 manat, faiz üzrə borc 821,5 manat, cərimə borcu 227,11 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 183 gün, cəmi borc 9937,08 manat. İşdə surəti olan İddiaçı QSC-nin bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndindən görünür ki, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Həmin ümumi şərtlərin 7.8-ci bəndindən görünür ki, müştəri nağd kredit barədə müqavilə üzrə krediti və kredit faizini kredit verildikdən sonra hər 30 təqvim günündə bir dəfə olmaqla ərizədə razılaşdırılmış cari hesab vasitəsilə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin ümumi şərtlərin 7.11-ci bəndindən görünür ki, kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Həmin ümumi şərtlərin 7.14-cü bəndindən görünür ki, müştəridən daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, kredit faizi və nəhayət kreditin qalıq məbləği silinir. Həmin ümumi şərtlərin 7.20-ci bəndindən görünür ki, müştəri krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəyir. İşdə surəti olan İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli, 002KK**********01 saylı kart krediti müqaviləsindən görünür ki, bank kredit alana aylıq faiz dərəcəsi 2 faiz olmaqla 36 ay müddətinə 1500 manat məbləğində kredit limiti açır. Kredit limiti kredit alanın bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kredit alan bu müqavilə üzrə borcunu ödədikcə kredit limiti kredit müddətində bərpa olunur. Bank krediti kredit alan üçün emissiya etdiyi ödəniş kartı vasitəsilə verir. Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində banka ödəməyi öz öhdəsinə götürür. Aylıq ödəniş banka vaxtında və lazımi qaydada ödənilmədikdə ödəniş tarixinin ertəsi günündən etibarən minimal ödənişin banka qaytarılmasının hər gecikdirilən günü üçün minimal ödənişin qalığına 0,5 faiz dərəcəsi ilə cərimə hesablanır. İşdən görünür ki, kredit kartı 23 yanvar 2023-cü ildə Cavabdeh1 təhvil verilmişdir. İşdə surəti olan İddiaçı QSC-nin 05 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh1 23 yanvar 2023-cü il tarixli, 002KK**********01 saylı kredit razılaşması üzrə 05 fevral 2025-ci il tarixinə olan borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borc 1500 manat, faiz üzrə borc 363,95 manat, cərimə borcu 184,78 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 443 gün, cəmi borc 2048,73 manat. İşdən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlərə 05 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. İşdə surəti olan 28 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 125,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırda müəyyən edilir ki, iddiaçı 23 yanvar 2023-cü il tarixli, 002A********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 15000 manat məbləğində kredit vermiş və sonuncu həmin məbləği qəbul etmişdir. Həmin razılaşma üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün zamin olan digər Cavabdeh2 onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər həmin razılaşma üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, kredit borclarını iddiaçıya tam qaytarmamış, bununla da öhdəliklərini pozmuşdur. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, 23 yanvar 2023-cü il tarixli, 002A********** nömrəli kredit razılaşması üzrə iddiaçının Cavabdeh1 15000 manat məbləğində kredit verməsi və Cavabdeh1 həmin məbləği qəbul etməsi, Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyinin icrasının təmin edilməsi üçün digər Cavabdeh2 zamin durması, cavabdehlərin həmin razılaşma üzrə iddiaçıya ödənilməmiş 8888,47 manat əsas və 821,5 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehlərə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, tələb olunan 227,11 manat məbləğində cərimə əsas borca mütənasib olduğundan, cavabdehlər də iddianı qəbul etdiklərindən, iddia tələbi həmin kredit razılaşmasına dair hissədə təmin edilməli, 23 yanvar 2023-cü il tarixli, 002A********** nömrəli kredit razılaşması üzrə 8888,47 manat məbləğində əsas borc, 821,5 manat məbləğində faiz borcu, 227,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9937,08 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 23 yanvar 2023-cü il tarixli, 002KK**********01 saylı kart krediti müqaviləsi üzrə Cavabdeh1 1500 manat məbləğində kredit limiti açmış və sonuncu həmin məbləğdən istifadə etsə də, həmin müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya geri qaytarmamış, bununla da öhdəliklərini pozmuşdur. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, 23 yanvar 2023-cü il tarixli, 002KK**********01 saylı kart krediti müqaviləsi üzrə iddiaçının Cavabdeh1 1500 manat məbləğində kredit limiti açması və Cavabdeh1 həmin məbləğdən istifadə etməsi, Cavabdeh1 həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş 1500 manat əsas və 363,95 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının Cavabdeh1 qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, tələb olunan 184,78 manat məbləğində cərimə əsas borca mütənasib olduğundan, Cavabdeh1 da iddianı qəbul etdiyindən, iddia tələbi həmin kredit müqaviləsinə dair hissədə təmin edilməli, 23 yanvar 2023-cü il tarixli, 002KK**********01 saylı kart krediti müqaviləsi üzrə 1500 manat məbləğində əsas borc, 363,95 manat məbləğində faiz borcu, 184,78 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2048,73 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 125,96 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 23 yanvar 2023-cü il tarixli, 002A********** saylı kredit razılaşması üzrə 8888,47 manat məbləğində əsas bоrc, 821,5 manat məbləğində faiz bоrcu və 227,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9937,08 manat məbləğində kredit borcu və ödənilmiş 125,96 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 23 yanvar 2023-cü il tarixli, 002KK**********01 saylı kart krediti müqaviləsi üzrə 1500 manat məbləğində əsas bоrc, 363,95 manat məbləğində faiz bоrcu və 184,78 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2048,73 manat məbləğində kredit borcu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 23 yanvar 2023-cü il tarixli, 002A********** saylı kredit razılaşması üzrə 8888,47 manat məbləğində əsas bоrc, 821,5 manat məbləğində faiz bоrcu və 227,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9937,08 manat məbləğində kredit borcu və ödənilmiş 125,96 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. 23 yanvar 2023-cü il tarixli, 002KK**********01 saylı kart krediti müqaviləsi üzrə 1500 manat məbləğində əsas bоrc, 363,95 manat məbləğində faiz bоrcu və 184,78 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2048,73 manat məbləğində kredit borcu Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-229/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-229/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver