Məhkəmə qərarları › İş №e-2(026)-231/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-231/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-231/2022 13.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı aralarında bağlanmış 27 noyabr 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1915,96 manat əsas, 12,71 manat faiz və 540,56 manat cərimə borcu olmaqla, cəmi 2469,23 manat borcun və 44,69 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı aralarında bağlanmış 27 noyabr 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1915,96 manat əsas, 12,71 manat faiz və 540,56 manat cərimə borcu olmaqla, cəmi 2469,23 manat borcun və 44,69 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “AccessBank» QSC ilə 27 noyabr 2019-cu il tarixdə bağladığı 017A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şəni ilə 2259,47 manat məbləğində kredit götürmüşdür. O kredit müqaviləsinin 1.2-ci maddəsinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 02 avqust 2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit borcundan 343,51 manat ödəniş etmiş və onun iddiaçıya 1915,96 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz burcunu kreditora qaytarmadığı üçün 04 aprel 2022-ei il tarixə 243 gün üçün hesablanmış faiz borcu 12,71 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borcu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə məbləğində cərimə ödəməlidir, 04 aprel 2022-ci il tarixə 243 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 540,56 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Ona görə də İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1915,96 manat əsas, 12,71 manat faiz və 540,56 manat cərimə borcu olmaqla, cəmi 2469,23 manat borcun və 44,69 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iş üzrə iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı QSC ilə aralarında bağlanmış 27 noyabr 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinə əsasən bankdan 60 ay müddətinə 2259,47 manat kredit götürmüşdür. Banka olan borcunu əvvəllər ödəmişdir. Lakin sonradan xəstə olduğuna görə banka olan borcunu ödəyə bilməmişdir. Banka olan borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmədən cərimə borcunun azaldılmasına ona köməklik göstərməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixdə 017A********** saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən cavabdehə aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şəni ilə 2259,47 manat məbləğində kredit verilmişdir. H. Hüseynov Götürdüyü kredit borcundan 343,51 manat ödəniş etmiş və onun iddiaçıya 1915,96 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz burcunu kreditora qaytarmadığı üçün 04 aprel 2022-ei il tarixə 243 gün üçün hesablanmış faiz borcu 12,71 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borcu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərli ilə məbləğində cərimə ödəməlidir, 04 aprel 2022-ci il tarixə 243 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 540,56 manat təşkil edir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən yayınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixdə bağlanmış 017A********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə 2259,47 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC-nin 29 mart 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə v ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun və zaminin əmlak mənafelərini, banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 017A********** saylı kredit razılaşması üzrə dəbbə pulunun 540,56 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir. Dəbbə pulunun 100 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixdə bağlanmış 017A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 1915,96 manat əsas borc, 12,71 manat faiz borcu, 100 manat cərimə borcu və 44,69 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixdə bağlanmış 017A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1915,96 manat əsas borc, 12,71 manat faiz borcu, 100 manat cərimə borcu və 44,69 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar