Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-233/2022 25.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında olan 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının və 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı QSC-in xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 1397,96 manat kredit boru, 7,47 manat faiz borcu və 259,53 manat cərimə borcu, 017R********** saylı kredit razılaşması üzrə 715,83 manat kredit borcu, 2,73 manat faiz borcu və 87,54 manat cərimə borcu olmaqla, ümumilikdə 2471,06 manat borcun, ödənilmiş 44,71 manat dövlət rüsumunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 arasında olan 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının və 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X6 oğlundan müştərək qaydada İddiaçı QSC-in xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 1397,96 manat kredit boru, 7,47 manat faiz borcu və 259,53 manat cərimə borcu, 017R********** saylı kredit razılaşması üzrə 715,83 manat kredit borcu, 2,73 manat faiz borcu və 87,54 manat cərimə borcu olmaqla, ümumilikdə 2471,06 manat borcun, ödənilmiş 44,71 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “AceessBank» QSC ilə bağladığı 29 iyun 2015-ci il tarixli 036L**********54 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ Qolları məbləğində kredit xətli açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.083.3% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1906,36 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredil razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02 sentyabr 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 508.4 manat ödəmiş, onun 1397.96 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılrtıastnadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1,1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 aprel 2022-ci il tarixə 211 gün üçün hesablanmış faiz borcu 7,47 manat təşkil edir. Kredit razılaşmasının 4,2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 01 fevral 2022-ci il tarixə 211 gün uçun hesablanmış cərimə 259.53 manat təşkil edır. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 lzzətalı oğlu İddiaçı QSC ilə bağladığı 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şəni ilə 1018,71 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02 noyabr 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 lzzətalı oğlu götürdüyü kredit borcundan 302.88 manat ödəmiş, onun 715,83 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasan faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarıl maşınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasadın 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 aprel 2022-ci il tarixə 150 gün üçün hesablanmış faiz borcu 2.73 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmıdıqda hər gecikdirlən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 01 aprel 2022-ci il tarixə 150 gün üçün hesablanmış cərimə 87.54 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxanda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Cavabdeh1 oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh1 arasında olan 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının və 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı QSC-in xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 1397,96 manat kredit boru, 7,47 manat faiz borcu və 259,53 manat cərimə borcu, 017R********** saylı kredit razılaşması üzrə 715,83 manat kredit borcu, 2,73 manat faiz borcu və 87,54 manat cərimə borcu olmaqla, ümumilikdə 2471,06 manat borcun, ödənilmiş 44,71 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 izahat verərək göstərdi ki, İddiaçı QSC-dən aralarında bağlanmış 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.083.3% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1906,36 manat məbləğində kredit götürmüşdür. Əvvəllər banka olan borcunu ödəsə də, sonradan maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Banka olan borcu hissə-hissə ödəyəcəkdir. İş üzrə cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, Cavabdeh1 izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İzzətlaı oğluna 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.083.3% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1906,36 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC-nin **********652103 saylı zaminlik müqaviləsindən göstərilir ki, AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə X4 arasında zaminlik müqaviləsi bağlanmış, borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İddiaçı QSC-in 04 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 036L**********54 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ Qolları məbləğində kredit xətli açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İzətalı oğlu İddiaçı QSC ilə bağladığı 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.083.3% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1906,36 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kredit borcundan 508.4 manat ödəmiş, onun 1397.96 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdehlər Cavabdeh1 və X2 İddiaçı QSC-yə 017R********** saylı kredit razılaşması üzrə 1397,96 manat kredit, 7,47 manat faiz və 259,53 manat cərimə borcu, 017R********** saylı kredit razılaşması üzrə 715,83 manat kredit, 2,73 manat faiz və 87,54 manat cərimə olmaqla, ümumilikdə 2471,06 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması və 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə 1397,96 manat kredit boru, 7,47 manat faiz borcu və 259,53 manat cərimə borcu, 017R********** saylı kredit razılaşması üzrə 715,83 manat kredit borcu, 2,73 manat faiz borcu və 87,54 manat cərimə borcu olmaqla, ümumilikdə 2471,06 manat borcun, ödənilmiş 44,71 manat dövlət rüsumu alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 02 avqust 2019cu il tarixli 017R********** saylı kredit razılaşması və 02 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə 1397,96 manat kredit boru, 7,47 manat faiz borcu və 259,53 manat cərimə borcu, 017R********** saylı kredit razılaşması üzrə 715,83 manat kredit borcu, 2,73 manat faiz borcu və 87,54 manat cərimə borcu olmaqla, ümumilikdə 2471,06 manat borcun, ödənilmiş 44,71 manat dövlət rüsumu alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-233/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-233/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver