Məhkəmə qərarları › İş №e-2(026)-238/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-238/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-238/2024 26.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakimi Quliyev Mirələm Qoçu oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 2252,16 manat əsas, 67,5 manat faiz borcu olmaqla, cəmi 2319,66 manat borcun və 43,20 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 2252,16 manat əsas, 67,5 manat faiz borcu olmaqla, cəmi 2319,66 manat borcun və 43,20 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək iş üzrə borcun ödənilməsi ilə bağlı cavabdehlə razılıq əldə etdiklərini bildirərək ödənilmiş dövlət rüsumunun bankın hesabına qaytarılmaqla ərizəni və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 259,263,264 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 2252,16 manat əsas, 67,5 manat faiz borcu olmaqla, cəmi 2319,66 manat borcun və 43,20 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 43,20 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar