Məhkəmə qərarları › İş №e-2(026)-24/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-24/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-24/2024 29.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh 96000 (doxsan altı min) manat borc məbləğinin və 378 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 96000 (doxsan altı min) manat borc məbləğinin və 378 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh arasında bağlanmış 24 sentyabr 2018ci il tarixli kredit müqaviləsinin 1-ci bəndi üzrə Cavabdeh 96000 (doxsan altı min) manat məbləğində pul borc vermişdir. Cavabdeh götürdüyü krediti 24 mart 2020-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. 24 sentyabr 2018-ci il tarixdə təsdiqlənmiş 3M/684 reyestrli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 03 oktyabr 2020-ci il tarixli sazişdə isə müqavilənin 2-ci bəndindəki müddət 03 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Aralarında bağlanmış 03 oktyabr 2020-ci il tarixli sazişə əsasən Cavabdeh krediti 03 oktyabr 2021-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin 8-ci bəndinə görə Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin cavabdeh müqavilənin qeyd edilən şərtlərini pozaraq kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh ona hazırkı tarixə 96000 (doxsan altı min) manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələbinə əsasən, 10 (on) gün müddətində borcun könüllü ödənilməsi barədə Cavabdeh məktub (pretenziya) göndərilmiş, 09 oktyabr 2023-cü il tarixdə cavabdeh məktubu qəbul etməsinə baxmayaraq münasibət bildirməmişdir. Ona görə də Cavabdeh aralarında bağlanmış 24 sentyabr 2018ci il tarixli kredit müqaviləsinə əsasən 96000 (doxsan altı min) manat borcun və 378 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddianı müdafiə edərək Cavabdeh aralarında bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 96000 (doxsan altı min) manat borcun və 378 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə aralarında bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 96000 (doxsan altı min) manat məbləğində pul borc pul götürmüş və götürdüyü krediti 24 mart 2020-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. 24 sentyabr 2018-ci il tarixdə təsdiqlənmiş 3M/684 reyestrli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 03 oktyabr 2020-ci il tarixli sazişdə isə müqavilənin 2-ci bəndindəki müddət 03 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Aralarında bağlanmış 03 oktyabr 2020-ci il tarixli sazişə əsasən Cavabdeh krediti 03 oktyabr 2021-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçılə yalnız notariusda görüşüb danışmışdır. Müqavilə bağlandıqdan sonra Əzizağa Atayev ona bir dəfə 60000 manat pul vermişdir. 5000 isə başqa ilə əlaqədar borc vermişdir. Borclu olduğu məbləğdən X2 vasitəsi ilə X3 bir dəfə 65000 manat, bir dəfə isə 27000 manat göndərmişdir. Əzizağa Atayev ona borcun əvəzində Sumqayıt şəhərində olan torpaq sahəsini onun adına keçirməyi tələb etmiş, o isə Əzizağaya bunun mümkün olmadığını dediyinə görə Əzizağa Atayev ondan polis şöbəsinə şikayət etmişdir. X3 39000 manat borcu qalmışdır. Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Kredit müqaviləsi əqd kimi əhəmiyyətsizdir. Müqavilə ilə verilən pul Əzizağa Atayevin olub və bu hal Əzizağa və İddiaçılərin cinayət işinin icraatına xitam verilməsi barədə qərarda öz əksini tapır. Hazırda Cavabdeh X3 39000 manat borcu var. Pul İddiaçı olmadığı üçün onun iddia qaldırmağa hüququ yoxdur. Ona görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. X1 ifadə verərək göstərdi ki, İddiaçı Nurbala oğlu və Cavabdeh ilə qohumluğu yoxdur. X5 onun sinif yoldaşıdır. Həmkəndlisi Cavabdeh Əzizağa Atayevə borclu olduğunu bilsə də, məbləğini bilmirdi. Cavabdeh obyekt tikintisi ilə məşğul olur, Əzizağa Atayev isə maliyyə yardımı etmişdir. Əzizağa İddiaçı böyük qardaşıdır və pul da Əzizağa Atayevindir. Cavabdeh Əzizağa Atayevdə münasibətləri korlanmışdır. Ona görə də Cavabdeh 2022-ci ildə ayları yadında olmasa da, yay və qış fəsli olduğunu bilir. Əzizağaya borcu olduğunu deyərək ona bir dəfə 10000 manat, iki dəfə 5000+5000 manat və bir dəfə də 7000 manat olmaqla cəmi 27000 manat verərək Əzizağaya verməyi tapşırmışdır, o, da həmin pulları Əzizağaya verərək Cavabdeh qalan pulu da hissə-hissə ödəyəcəyini dediyini ona bildirmişdir. Cavabdeh Əzizağa Atayevə borcu olduğunu bilsə də, İddiaçı borcu olduğunu bilmirdi və İsmayıl onun yanında İddiaçı adını çəkməmişdir. Əzizağa Atayev ondan 27000 manat pul qəbul etdiyini yazdığı iltizamla təsdiq edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin və cavabdehin vəkili və nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin reyestrdə 3M-684 nömrə ilə qeydə alınmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Atayev X4 İsmayıl Məsdan arasına 96000 manat borc pul vermiş, borc alan Cavabdeh krediti 24 mart 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin reyestrdə 3M-1144 nömrə ilə qeydə alınmış 03 oktyabr 2020-ci il tarixli sazişdən görünür ki, borc alan Cavabdeh borcu 03 oktyabr 2021-ci il tarixədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı və onun nümayəndəsi Vəkil1 Cavabdeh 06 oktyabr 2023-cü il tarixdə ünvanladığı pretenziya məktubundan görünür ki, bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqavilənin və xx.xx.2020-ci il tarixli sazişin şərtlərinə riayət edərək, öhdəliyi yerinə yetirib borcu 10 (on) gün müddətində İddiaçı adına ödəməsi və əks təqdirdə tərəflərindən aidiyyəti üzrə müvafiq orqanlara müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin cinayət işinin icraatına xitam verilməsi barədə 21 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarda göstərilir ki, Cavabdeh Əzizağa Atayevdən pulu hissə-hissə qaytarmaq üçün ondan vaxt istəmiş, həmin borcdan müəyyən hissəsini qaytarmışdır. Əzizağa Atayevə borclu olduğu yerdə qalan məbləği isə, onun qardaşı İddiaçılə aralarında bağladıqları müqavilədə göstərilən müddətdə, yəni 03 oktyabr 2021-ci il tarixə kimi qaytaracağına söz vermişdir. Müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh 96000 (doxsan altı min) manat məbləğində pul borc vermişdir. Cavabdeh götürdüyü krediti 24 mart 2020-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. 24 sentyabr 2018-ci il tarixdə təsdiqlənmiş 3M/684 reyestrli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 03 oktyabr 2020-ci il tarixli sazişdə isə müqavilənin 2-ci bəndindəki müddət 03 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Aralarında bağlanmış 03 oktyabr 2020-ci il tarixli sazişə əsasən Cavabdeh krediti 03 oktyabr 2021-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin 8-ci bəndinə görə Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin cavabdeh müqavilənin qeyd edilən şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İşin araşdırılmış halları ilə həmçinin müəyyən olundu ki, Cavabdeh iddiaçıya 66000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 96000 (doxsan altı min) manat borc məbləğinin və 378 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 66000 (altmış altı min) manat borc məbləği və 378 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 66000 (altmış altı min) manat borc məbləği və 378 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar