Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-240/2022 01.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı aralarında 16 iyun 2021-ci il tarixdə bağlanmış 324889-CNS-23289 saylı kredit müqaviləsinə əsasən 4584,13 manat əsas, 189,28 manat faiz və 169,20 manat cərimə borcu olmaqla, cəmi 4942, 61 manat borc, 69,43 manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh aralarında 16 iyun 2021-ci il tarixdə bağlanmış 324889-CNS-23289 saylı kredit müqaviləsinə əsasən 4584,13 manat əsas, 189,28 manat faiz və 169,20 manat cərimə borcu olmaqla, cəmi 4942, 61 manat borc, 69,43 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2021-ci il tarixli 324889-CNS-23289 saylı “Nağd pul krediti müqavləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri 16 noyabr 2021-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin banka 4584,13 manat məbləğində əsas borc, 189,28 manat məbləğində faiz borcu, 169,20 manat cərimə üzrə borcu, ümumilikdə isə 4942,61 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Ona görə də Cavabdeh aralarında olan 16 iyun 2021-ci il tarixdə bağlanmış 324889-CNS-23289 saylı kredit müqaviləsinə əsasən 4584,13 manat əsas, 189,28 manat faiz və 169,20 manat cərimə borcu olmaqla, cəmi 4942, 61 manat borc, 69,43 manat ödənilmiş manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş, lakin teleqram vuraraq iddianı qəbul etdiyini və banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən edildi ki, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış 16 iyun 2021-ci il tarixli 324889-CNS-23289 saylı “Nağd pul krediti müqavləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri 16 noyabr 2021-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin banka 4584,13 manat məbləğində əsas borc, 189,28 manat məbləğində faiz borcu, 169,20 manat cərimə üzrə borcu, ümumilikdə isə 4942,61 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin 16 iyun 2021-ci il tarixli 324889- CNS-23289 saylı “Nağd pul krediti müqavləsi”nin surətindən görünür ki, Cavabdeh istehlak məqsədilə illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin 16 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 4584,13 manat məbləğində əsas, 189,28 manat məbləğində faiz, 169,20 manat cərimə üzrə borcu, ümumilikdə isə 4942,61 manat məbləğində borcu qalmışdır. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin pretenziya məktubundan göstərilir ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 16 iyun 2021-ci il tarixli 324889-CNS-23289 saylı kredit müqaviləsinə əsasən 4584,13 manat əsas, 189,28 manat faiz və 169,20 manat cərimə borcu olmaqla, cəmi 4942, 61 manat borc, 69,43 manat ödənilmiş dövlət rüsumu alınıb Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16 iyun 2021-ci il tarixli 324889-CNS-23289 saylı kredit müqaviləsinə əsasən 4584,13 manat əsas, 189,28 manat faiz və 169,20 manat cərimə borcu olmaqla, cəmi 4942,61 manat borc, 69,43 manat ödənilmiş dövlət rüsumu alınıb Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-240/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-240/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver