Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-254/2024 22.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 20 aprel 2022-ci il tarixli BBLK5093726A151 saylı kredit müqaviləsinə əsasən 965,44 manat əsas, 170,98 manat faiz borcu və 23 may 2022-ci il tarixli GTKR5379268A151 saylı müqaviləyə əsasən 5618,36 manat əsas, 682,89 manat faiz borcu olmaqla ümumilikdə 7437,67 manat borcun və ödənilmiş 94,38 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 20 aprel 2022-ci il tarixli BBLK5093726A151 saylı kredit müqaviləsinə əsasən 965,44 manat əsas, 170,98 manat faiz borcu və 23 may 2022-ci il tarixli GTKR5379268A151 saylı müqaviləyə əsasən 5618,36 manat əsas, 682,89 manat faiz borcu olmaqla ümumilikdə 7437,67 manat borcun və ödənilmiş 94,38 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2022-ci il tarixli BBLK5093726A151 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi ilə 60 ay müddətinə 1000 manat və 23 may 2022-ci il tarixli GTKR5379268A151 saylı kredit müqaviləsinə əsasən 22 faiz dərəcəsi ilə 35 ay müddətinə 8800 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 16 aprel 2023-cü il tarixə İddiaçı ASC-nə 20 aprel 2022-ci il tarixli BBLK5093726A151 saylı kredit müqaviləsinə əsasən 965,44 manat əsas, 170,98 manat faiz borcu və 23 may 2022-ci il tarixli GTKR5379268A151 saylı müqaviləyə əsasən 5618,36 manat əsas, 682,89 manat faiz borcu olmaqla ümumilikdə 7437,67 manat borcu yaranmışdır. Ona görə də cəmi 7437,67 manat borcun və 94,38 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ASC ilə Cavabdeh arasında 20 aprel 2022-ci il tarixdə bağlanmış BBLK5093726A151 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 25 faiz dərəcəsi ilə 60 ay müddətinə 1000 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 23 may 2022-ci il tarixdə bağlanmış GTKR5379268A151 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 22 faiz dərəcəsi ilə 35 ay müddətinə 8800 manat kredit verilmişdir. İddiaçı ASC-nin 18 aprel 2024-cü il tarixli 2024/104/10145 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nə 20 aprel 2022-ci il tarixli BBLK5093726A151 saylı kredit müqaviləsinə əsasən 965,44 manat əsas, 170,98 manat faiz borcu və 23 may 2022-ci il tarixli GTKR5379268A151 saylı müqaviləyə əsasən 5618,36 manat əsas, 682,89 manat faiz borcu vardır. İddiaçı ASC-nin 04 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2022-ci il tarixli BBLK5093726A151 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi ilə 60 ay müddətinə 1000 manat və 23 may 2022-ci il tarixli GTKR5379268A151 saylı kredit müqaviləsinə əsasən 22 faiz dərəcəsi ilə 35 ay müddətinə 8800 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin İddiaçı ASC-nə 20 aprel 2022-ci il tarixli BBLK5093726A151 saylı kredit müqaviləsinə əsasən 965,44 manat əsas, 170,98 manat faiz borcu və 23 may 2022ci il tarixli GTKR5379268A151 saylı müqaviləyə əsasən 5618,36 manat əsas, 682,89 manat faiz borcu olmaqla ümumilikdə 7437,67 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 20 aprel 2022-ci il tarixli BBLK5093726A151 saylı kredit müqaviləsinə əsasən 965,44 manat əsas, 170,98 manat faiz borcu və 23 may 2022-ci il tarixli GTKR5379268A151 saylı müqaviləyə əsasən 5618,36 manat əsas, 682,89 manat faiz borcu və 94,38 manat ödənilmiş dövlət rüsumu alınıb ”Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 aprel 2022-ci il tarixli BBLK5093726A151 saylı kredit müqaviləsinə əsasən 965,44 manat əsas, 170,98 manat faiz borcu və 23 may 2022-ci il tarixli GTKR5379268A151 saylı müqaviləyə əsasən 5618,36 manat əsas, 682,89 manat faiz borcu və 94,38 manat ödənilmiş dövlət rüsumu alınıb ”Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti Sədrlik edən Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-254/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-254/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver