Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-256/2024 09.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-in nümayəndəsi X5 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 09 fevral 2015-ci il tarixli EL********** SM105 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 432.78 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 09 fevral 2015-ci il tarixli EL********** SM105 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 432.78 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" ASC ilə X4 arasında 09 fevral 2015-ci il tarixli, EL500 ******* SM105 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 22 ay müddətinə illik 36 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İ №813952 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Qobustan rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 olduğu müəyyən edilmişdir. Bankın Müştəri Xidmətləri Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 432.78 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-2508/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Ona görə də cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 09 fevral 2015-ci il tarixli EL********** SM105 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 432.78 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə X4 arasında 09 fevral 2015-ci il tarixli, EL500 ******* SM105 saylı kredit müqaviləsindən görünür ki, X3 22 ay müddətinə illik 36 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" ASC-nin Şamaxı filialının 18 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-yə 432,78 manat borcu qalmışdır. Qobustan rayon Notariat Ofisinin 04 dekabr 2023-cü il tarixli 316 saylı məktubundan görünür ki, 01 sentyabr 2016-cı il tarixdə vəfat etmiş X1 qalan miras əmlaka dair 19 noyabr 2019-cu il tarixində vərəsəlik işi açılmış və həmin gün onun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Qobustan rayonu, Qobustan şəhərində yerləşən torpaq sahələrinə dair 2V-101 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 07 sentyabr 2016-cı il tarixdə verilmiş AZ-İ №813952 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Müəyyən olundu ki, iddiaçı "xxxx" ASC-nin ilə X4 arasında 09 fevral 2015-ci il tarixli, EL500 ******* SM105 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 22 ay müddətinə illik 36 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. AZ-İ №813952 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 09 fevral 2015-ci il tarixli EL********** SM105 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 432.78 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 09 fevral 2015-ci il tarixli EL********** SM105 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 432.78 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-256/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-256/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver