Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-266/2022 21.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aralarında 02 iyun 2019-cu il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 30000 manat əsas borc və 36600 manat dəbbə pulunun alınaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ilə aralarında 02 iyun 2019-cu il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 30000 manat əsas borc və 36600 manat dəbbə pulunun alınaraq ona verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə arasında imzalanmış 02 iyun 2019-cu il tarixli borc müqaviləsinə görə iddiaçı 30000 manat məbləğində pul vəsaitini cavabdehə verməyi, cavabdeh isə öz növbəsində müqavilənin şərtləri əsasında və müddəti ərzində həmin pul vəsaitini geri qaytarmağı və borc məbləğini 2 həftə (14 gün) müddətinə geri qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə borc məbləğini geri qaytarmadıqda, gecikdirilmış hər gün üçün “borc verən’’ə gecikdirilmiş məbləğin 1 (bir) faizi məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. 02 iyun 2019-cu ıl tarixli müqavilənin tələbləri cavabdeh tərəfindən icra edilmədiyindən, 26 yanvar 2021-cı il tarixdə eyni tərəflər arasında borcun etirafina dair müqavilə imzalanmışdır. Həmin müqavilə ilə Cavabdeh ona 30000 manat məbləğində pul vəsaitim borclu olduğunu etiraf etmiş və borc məbləğini 8 (səkkiz) ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Borcun etirafından yeddi ay keçməsinə baxmayaraq borc hələ də qaytarılmayıb. Aralarında bağlanmış müqavilənin 2.2.2-ci maddəsinə əsasən “borc” məbləğini bu müqavilədə nəzərdə tutulmuş müddətdə geri qaytarmadıqda, gecikdirilmiş hər gün üçün “Borc verən”ə gecikdirilmiş məbləğin 1% məbləğində dəbbə pulu ödəməlidir. Borcun etirafına dair razılaşmanın imzalanmasından kifayət qədər müddət keçməsinə baxmayaraq müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmişdir. Ona görə də Cavabdeh aralarında 02 iyun 2019-cu il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 30000 manat əsas borc və 36600 manat dəbbə pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək İddiaçı ilə Cavabdeh arasında 02 iyun 2019-cu il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 30000 manat əsas borc və 36600 manat dəbbə pulunun Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, ona qarşı olan iddia ərizəsində 30000 göstərilsə də, o İddiaçı hissə-hissə olmaqla 36400 manat borc pul almış və həmin pulu iş qurmaq məqsədilə almışdır. Həmin vaxtı ölkədə olan pandemiya ilə əlaqədar heç bir iş qura bilməmiş və pulu batmışdır. İddiaçı olan borcunu hissə-hissə ödəyəcəkdir. Lakin, müqavilə üzrə borcunu ödəməyə imkanı olmayıb gecikdirmişdir. Məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında 02 iyun 2019-ci il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh 30000 manat borc pul vermiş, borc alan Cavabdeh 14 gün müddətində borcu qaytarmağı öhdəsinə götürür. 26 yanvar 2021-ci il tarixli borcun etirafına dair müqavilədən (razılaşma) görünür ki, «Borclu» «Kreditor»a 02 iyun 2019-cu il tarixli «Borc müqaviləsi» əsasında aldığı 30000 (otuz min) manat məbləğində pul vəsaitini (sonradan «Borc» adlandırılır) borclu olduğunu etiraf edir, eyni zamanda «Borclu» həmin borcunu bu müqavilənin şərtləri əsasında 8 (səkkiz) ay müddətində «Kreditor»a geri qaytarmağı öhdəsinə götürür. Bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği Müqavilənin 1-ci bəndində nəzərdə tutulan qaydada «borclu»dan tələb etmək, «borclu» «borc»u bu müqavilənin 1.1-ci bəndində göstərilən müddətə icra etmədikdə, «borc»un və hər gecikdirdiyi gün üçün əsas borc məbləğinin 1 (bir) faizi həcmində dəbbə pulunun (cərimənin) məcburi qaydada alınması üçün məhkəməyə müraciət etmək hüququ vardır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 02 iyun 2019-cu il tarixli borc müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh iddiaçı tərəfindən 30000 manat məbləğində pul verilmişdir. Cavabdeh borc məbləğini 2 həftəyə yəni, (14 gün) müddətinə geri qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə, cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə borc məbləğini geri qaytarmadıqda, gecikdirilmış hər gün üçün “borc verən’’ə gecikdirilmiş məbləğin 1 (bir) faizi məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Məlikov X1 Yeganə Səfər qızına olan borcunu bu günə kimi ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 30000 manat borc məbləği və 63600 manat dəbbə pulu olmaqla, cəmi 93000 manat alınıb İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30000 manat borc məbləği və 63600 manat dəbbə pulu olmaqla, cəmi 93000 manat alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-266/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-266/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver