Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № e-2(026)-291/2020 06.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Qobustan Rayon Məhkəməsinin icraatında olan Kreditor Borclu qarşı borc tutulması haqqında ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor MMC məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 919 manat olan məişət avadanlığı əldə etmiş, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 810 manat borcu qalmışdır. İş üzrə Borclu xx xxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC-dən dəyəri 784 manat olan məişət avadanlığı əldə etmiş, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 720 manat borcu qalmışdır. Hazırda borclunun kredit müqaviləsi üzrə Kreditor MMC-yə 1530 manat əsas borcu olduğunu göstərilərək həmin borcun və 20 manat ödənilmiş dövlət rüsumunun alınıb Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılması xahiş edilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC-nin tələbi aşkardır. Həmin tələb borcluların mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İşə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli SXK5709624 saylı borc müqaviləsindən görünür ki, Borclu Kreditor MMC-dən dəyəri 919 manat və xx xxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən dəyəri 784 manat olan məişət avadanlığı əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu cəmi 1530 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulub Kreditor MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-281, 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: xx xxxx 1989-cu ildə Şamaxı rayonunun Təsi kəndində anadan olmuş, Qobustan rayonunun Təsi kəndində qeydiyyatda olan Borclu cəmi 1530 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulub Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti bina 24-də yerləşən Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan Rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-291/2020
Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(026)-291/2020
06.11.2020 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver