Məhkəmə qərarları › İş №e-2(026)-313/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-313/2022

26.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-313/2022 26.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 246,84 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 246,84 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında" Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyaları almışdır, iddiaçı Bakı şəhərinin müxtəlif rayonlarında, o cümlədən Binəqədi rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir, Binəqədi rayonu ərazisində bəzi vətəndaşla İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq İddiaçı MMC-yə qoşulurlar. Bu qanunsuz qoşulmaların qarşısının alınması məqsədilə “AG Telekom" MMC ilə "xxxx" hüquq firması arasında “xidmətlərin göstərilməsinə dair” 04 yanvar 2018-ci ıl tarixli müqavilə imzalanmışdır. 15 yanvar 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində cavabdeh qanunsuz qoşulmanın icra edildiyi mənzilin mülkiyyətçisidir. 17 noyabr 2021-ci il tarixli arayışda "xxxx" MMC ilə həmin ünvanda X1 arasında bağlanmış müqavilə əsasında qeyd edilən mənzil 07 oktyabr 2013-cü il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş 08 sentyabr 2017-ci ilədək son ödənişini etmiş və 22 sentyabr 2017-ci borcsuz şəbəkədən ayrılmışdır. Bundan sonra 10 oktyabr 2019-cu ıl tarixdə “Ədalət-A" hüquq firmasının Rabitə Nazirliyinin və “KATV1" kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 7682 N saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş aktda mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulması və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəydiyi göstərilmiş və aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 09 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin mənzil iddiaçıya məxsus şəbəkədən ayrıldığı 22 sentyabr 2017-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 10 oktyabr 2019-u il tarixədək olan müddət 748 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 246,84 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubları göndərilmiş, lakin məktub geri qayıtmışdır. Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 246,84 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi, qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Daşınmaz əmlakın AN-1 nömrəli ******* saylı 15 yanvar 2011-ci il tarixdə Bakı şəhəri 13 saylı DNK-nın dövlət notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan X7 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində 0,05617 ha torpaq sahəsində istifadədə olan, 57 saylı, 18 mərtəbəli binada yerləşən, 49.19 kv.m ümumi, 31,19 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı, 55 saylı mənzili X2 42000 manata satmışdır. İddiaçı (K@TV1) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları X5, X8 və X3 iştirakı ilə 10 may 2019-cu il tarixdə tərtib edilmiş İddiaçı (KATV1) kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 7982 saylı aktından görünür ki, 10 may 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Adil Məmmədov 57 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman həmin binanın 55 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bunla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısını döymüş, lakin qapını açan olmamışdır. Aktı tərtib etdikdən sonra bir surətini mənzilin qapısına qoymuşlar. İddiaçı (KATV1) 17 noyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında yaşayan X1 arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətinin göstərilməsinə dair müqaviləyə əsasən 07 oktyabr 2013-cü il tarixində bu ünvan “KATV 1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. 08 sentyabr 2017-ci il tarixinədək isə son ödəməsini edib. 22 sentyabr 2017-ci il tarixində borcsuz olaraq şəbəkədən ayrılıb. Müəyyən olundu ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında" Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır, iddiaçı Bakı şəhərinin müxtəlif rayonlarında, o cümlədən Binəqədi rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir, Binəqədi rayonu ərazisində bəzi vətəndaşla İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq İddiaçı MMC-yə qoşulurlar. Bu qanunsuz qoşulmaların qarşısının alınması məqsədilə “AG Telekom" MMC ilə "xxxx" hüquq firması arasında “xidmətlərin göstərilməsinə dair” 04 yanvar 2018-ci ıl tarixli müqavilə imzalanmışdır. 15 yanvar 2011-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsində cavabdeh qanunsuz qoşulmanın icra edildiyi mənzilin mülkiyyətçisidir. 17 noyabr 2021-ci il tarixli arayışda "xxxx" MMC ilə həmin ünvanda X1 arasında bağlanmış müqavilə əsasında qeyd edilən mənzil 07 oktyabr 2013-cü il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş 08 sentyabr 2017-ci ilədək son ödənişini etmiş və 22 sentyabr 2017ci borcsuz şəbəkədən ayrılmışdır. 10 oktyabr 2019-cu ıl tarixdə “Ədalət-A" hüquq firmasının Rabitə Nazirliyinin və “KATV1" kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 7682 N saylı akt tərtib olunmuş, tərtib edilmiş aktda mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulması və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəydiyi göstərilmiş və aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 09 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin mənzil iddiaçıya məxsus şəbəkədən ayrıldığı 22 sentyabr 2017-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 10 oktyabr 2019-u il tarixədək olan müddət 748 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 246,84 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 246,84 manat abunə haqqı qismində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınıb İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 246,84 manat abunə haqqı qismində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar