Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-316/2022 15.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Cavabdeh5 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh5 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 5977,41 manat əsas, 1418, 58 manat faiz və 1141,67 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8538, 66 manat borcun və 105,38 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh5 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 5977,41 manat əsas, 1418, 58 manat faiz və 1141,67 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8538, 66 manat borcun və 105,38 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh5 ilə İddiaçı QSC arasında bağlanmış 29 mart 2019-cu il tarixli 021L**********80 saylı uzun müddətli kredit müqaviləsi əsasən 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 30 iyul 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 22 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1067% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17 iyul 2020-ci ıl tarixli 02İRİ921151960SA saylı, 27 yanvar 2021-ci il tarixli 021R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 noyabr 2021-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü kredit borcundan 4022,59 manat ödəmiş, onun 5977,41 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bır gün uçun faiz bu kredit razılaşmasının 1.1ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16 may 2022-ci il tarixə 190 gün üçün hesablanmış faiz borcu 1418,58 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 16 may 2022-ci il tarixə 190 gün üçün hesablanmış cərimə 1141,67 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 5977,41 manat əsas, 1418, 58 manat faiz və 1141,67 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8538, 66 manat borcun və 105,38 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh5 izahat verərək göstərdi ki, İddiaçı QSC ilə arasında bağlanmış 30 iyul 2019cu il tarixli 021R********** saylı kredit razılaşmasına əsasən 22 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1067% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Banka olan borcunu əvəllər ödəmiş, lakin sonradan işləmədiyi üçün borcunu ödəyə bilməişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Lakin cərimənin azaldılmasında ona köməklik edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, Cavabdeh5 izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasına əsasən ona 22 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1067% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC-in 021S**********01, 021S**********04, 021S**********03, 021S**********03 və 021S**********02 saylı zaminlik müqavilələrində göstərilir ki, AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 arasında zaminlik müqaviləsi bağlanmış, borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh5 ilə arasında bağlanmış 29 mart 2019-cu il tarixli 021L**********80 saylı uzun müddətli kredit müqaviləsi əsasən 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 30 iyul 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 22 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1067% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17 iyul 2020-ci ıl tarixli 02İRİ921151960SA saylı, 27 yanvar 2021-ci il tarixli 021R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Şəfiyev Həbib Adil oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 noyabr 2021-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü kredit borcundan 4022,59 manat ödəmiş, onun 5977,41 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh5 banka 5977,41 manat əsas, 1418, 58 manat faiz və 1141,67 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8538, 66 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən cərimə borcunun 1141,67 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcunun 100 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 5977,41 manat əsas, 1418, 58 manat faiz, 100 manat cərimə borcu və 105,38 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməmidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 5977,41 manat əsas, 1418, 58 manat faiz, 100 manat cərimə borcu və 105,38 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-316/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-316/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver