Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-316/2023 24.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1042,21 manat məbləğində vəsaitin, 30,42 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1042,21 manat məbləğində vəsaitin, 30,42 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, 12 noyabr 2019-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan ** DO *** dövlət qeydiyyat nişanlı “X3 Truck” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** ZL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərara əsasən olunan ** DO *** dövlət qeydiyyat nişanlı “X3 Truck” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** ZL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** ZL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 6042,21 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 11 mart 2020-ci il tarixli “sığorta aktı”na əsasən azad olma çıxılmaqla 5942,21 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, təqsirli tərəfin icbari sığortası "xxxx" Sığorta Şirkəti ASC olmuş və sığorta şirkəti tərəfindən 4900 manat ödənilmişdir. 26 aprel 2022-ci il tarixində 1042,21 manatın subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Ona görə də Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1042,21 manat məbləğində vəsaitin, 30,42 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul edərək göstərmişdir ki, idarə etdiyi ** DO *** dövlət qeydiyyat nişanlı “X3 Truck” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ** ZL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtonəqliyyat zərər vurulmuşdur. Dəymiş zərər "xxxx" ASC tərəfindən ödənilmişdir. "xxxx" ASC-yə olan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin təmin edilməlidir. İş materiallarında olan Binəqədi rayon DYPŞ-in 12 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati cərimə edilmişdir. "xxxx" ASC-nin 11 mart 2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişi üzrə 6042.21 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-in hesabına köçürülmüşdür. "xxxx" MMC-in 30 dekabr 2019-cu il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 6042,21 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində verdiyi izahatda göstərmişdir ki, 12 noyabr 2019-cu il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M. Cəlal küçəsində özünün idarə etdiyi ** DO *** dövlət qeydiyyat nişanlı “X3 Truck” markalı avtonəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşısında iki avtomobilin dayandığını görüb həmin avtomobillərlə toqquşmamaq üçün anidən əyləci basıb avtomobili sol tərəfə, yəni bordürə tərəf döndərərək bordürün üzərindən keçərək dayanıqlı vəziyyətdə olan olmuş ** ZL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtomaşının sol tərəfi ilə toqquşduğunu bildirmişdir. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 27 noyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almaları barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “X3 Truck” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Binəqədi rayon Pİ DYPŞ-yə göndərilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh 12 noyabr 2019-cu il tarixdə Binəqədi rayonu, M. Cəlal küçəsində özünə məxsus ** DO *** dövlət qeydiyyat nişanlı “X3 Truck” markalı avtomaşınla hərəkətdə olarkən qarşısında iki avtomobilin dayandığını görüb həmin avtomobillərlə toqquşmamaq üçün əyləci basıb avtomobili sol tərəfə, yəni bordürə tərəf döndərərək bordürün üzərindən keçərək dayanıqlı vəziyyətdə olan olmuş ** ZL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtomaşının sol tərəfi ilə toqquşmuşdur. Törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı ** ZL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtonəqliyyat vasitəsinə 6042,21 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC-nin 11 mart 2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığortalı “Mitsubishi Outlander” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün sığorta ödənişi üzrə 6042.21 manat zərər məbləği "xxxx" MMC-in hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən tərəflərin işdə olan izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ** ZL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtomobilə dəymiş zərər üçün ödənilmiş 1042,21 manat sığorta ödənişi, 30,42 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ** ZL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtomobilə dəymiş zərər üçün ödənilmiş 1042,21 manat sığorta ödənişi, 30,42 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-316/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-316/2023
24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver