Məhkəmə qərarları › İş №e-2(026)-316/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-316/2024

26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-316/2024 26.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, iddiaçı X4 və Cavabdeh iştirakı ilə, iddiaçı X4 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X8 01 avqust 2008-ci il təvəllüdlü X5, 29 mart 2010-cu il təvəllüdlü X3 və 28 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1170/2016 nömrəli, 17 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin və mediasiya təşkilatına ödənilmiş 60 manat pulun alınıb ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X8 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2007-ci ildə vətəndaş nikahı ilə ailə qurmuşlar, birgə qeyri rəsmi nikahdan 01 avqust 2008-ci ildə Tunar, 29 mart 2010-cu ildə Günel və 28 dekabr 2011-ci ildə Turan adlı üç uşaqları anadan olmuşdur. 2014-cü il tarixində Cavabdeh ilə münasibətləri pisləşdiyindən Qobustan rayon Məhkəməsinin 2(026)-833/2015 nömrəli, 25 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 01 avqust 2008-ci ildə Tunar, 29 mart 2010-cu ildə Günel və 28 dekabr 2011-ci ildə Turanın atası olması faktı müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay cəmi 324 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Qədim həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1170/2016 nömrəli, 17 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismət təmin olunaraq alimentin miqdarı hər uşağa 60 manat olmaqla, cəmi 180 manat müəyyən edilmişdir. Övladları hazırda 6-cı və 8-ci sinifdə oxuyurlar. Bundan əlavə uşaqlar hazırlıqlara gedir. Onların bütün qayğılarını və ehtiyaclarını o tək ödəyir. Uşaqlar böyüdükcə ehtiyac və tələbatları da artır. Ataları Qədim isə uşaqlara diqqət göstərmir və onlarla maraqlanmır. Uşaqların bütün xərclərini çəkmək isə onun üçün çox çətindir. Cavabdeh qeyri-müntəzəm, dəyişən qazancı var. Onun orta aylıq gəliri öz dediyinə görə 600-900 manat təşkil edir. Uşaqlar orta məktəbdə oxuyurlar, tez-tez sağlamlıqlarında problemlər yaranır və ona görə də məsrəfləri yetərincə artmışdır. Özlərinə məxsus evləri olmadığına görə üç azyaşlı uşaqları ilə kirayədə yaşayır. Ona görə də 01 avqust 2008-ci il tarixdə anadan olmuş X5, 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 və 28 dekabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1170/2016 nömrəli 17 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin və mediasiya təşkilatına ödənilmiş 60 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1170/2016 nömrəli, 17 may 2016-cı il tarixli qətnaməsi ilə ondan övladları 01 avqust 2008-ci il tarixdə anadan olmuş X5, 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 və 28 dekabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulub X7 verilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən olunmuş alimenti ödəyir. Bundan əlavə başqa qadından olan uşaqlarına da aliment ödəyir. Təyin olunmuş alimenti çox çətinliklə ödəyir. Hazırda tələb olunan alimentin miqdarı çox olduğuna görə ödəyə bilməyəcəyini göstərərək alimentin miqdarının artırılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1170/2016 nömrəli, 17 may 2016-cı il tarixli qətnaməsindən görünür ki, 01 avqust 2008-ci il tarixdə anadan olmuş X5, 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 və 28 dekabr 2011ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay hər uşağa 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulub X7 verilməsi qət edilmişdir. İş materiallarında olan Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 883597 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 avqust 2008-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 883598 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 29 mart 2010-cu il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 883598 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28 dekabr 2011-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Mediasiya prosesinin 16 may 2024-cü il tarixli arayışında göstərilir ki, İddiaçı alimentin miqdarının artırılması üçün müraciət etmiş, Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Müəyyən olundu ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1170/2016 nömrəli, 17 may 2016-cı il tarixli qətnaməsindən görünür ki, 01 avqust 2008-ci il tarixdə anadan olmuş X5, 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 və 28 dekabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay hər uşağa 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulub X7 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1170/2016 nömrəli, 17 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 01 avqust 2008-ci il tarixdə anadan olmuş X5, 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 və 28 dekabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat sabit pul məbləğində aliment və mediasiya təşkilatına ödənilmiş 60 manat alınıb X7 verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 66,80 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1170/2016 nömrəli, 17 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 01 avqust 2008-ci il tarixdə anadan olmuş X5, 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 və 28 dekabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat sabit pul məbləğində aliment və mediasiya təşkilatına ödənilmiş 60 manat alınıb X7 verilsin. İddia qalan hissədə təmin olunmasın. Alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 66,80 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar