Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-318/2024 22.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Cavabdeh Baxşalıyev Mehdi Elimxan oğlunun iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Baxşalıyev Mehdi Elimxan oğlundan 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsi üzrə 9316,81 manat əsas, 454,16 manat faiz, 820,1 manat dəbbə borcu olmaqla, cəmi 10591,07 manat məbləğində borcun və 122 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Baxşalıyev Mehdi Elimxan oğlundan 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsi üzrə 9316,81 manat əsas, 454,16 manat faiz, 820,1 manat dəbbə borcu olmaqla, cəmi 10591,07 manat məbləğində borcun və 122 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə cavabdeh Baxşalıyev Mehdi Elimxan oğlu arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 14 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Baxşalıyev Mehdi Elimxan oğlu kredit üzrə hesablanmış dəbbə pulunu faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Baxşalıyev Mehdi Elimxan oğlunun 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsi üzrə banka 9316,81 manat əsas, 454,16 manat faiz, 820,1 manat dəbbə borcu olmaqla, cəmi 10591,07 manat məbləğində borcu yaranmışdır. Həmin borcun və 122 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Baxşalıyev Mehdi Elimxan oğlu izahat verərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsi üzrə ona illik 14 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Maddi imkanı olmadığı üçün banka olan borcunu ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəçək. Dəbbə pulunun azaldılmasını xahiş etdi. Müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə cavabdeh Baxşalıyev Mehdi Elimxan oğlu arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 14 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. 12 aprel 2022-ci il tarixli, MFNPU- 08387 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Baxşalıyev Mehdi Elmxan oğlu kredit üzrə hesablanmış dəbbə pulunu faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Baxşalıyev Mehdi Elimxan oğlu arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 14 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin 20 may 2024-cü il il tarixli arayışından görünür ki, Baxşalıyev Mehdi Elimxan oğlunun 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsi üzrə banka 9316,81 manat əsas, 454,16 manat faiz, 820,1 manat dəbbə borcu olmaqla, cəmi 10591,07 manat məbləğində borcu yaranmışdır. İşdə olan İddiaçı ASC-nin 03 may 2024-cü il tarixli bildirişindən görünür ki, borcun ödənilməsi üçün borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən cərimə borcunun 820,1 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcunun 80 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Baxşalıyev Mehdi Elimxan oğlundan 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsi üzrə 9316,81 manat əsas, 454,16 manat faiz, 80 manat dəbbə borcu və 122 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Baxşalıyev Mehdi Elimxan oğlundan 12 aprel 2022-ci il tarixli, MFNPU-08387 saylı kredit müqaviləsi üzrə 9316,81 manat əsas, 454,16 manat faiz, 80 manat dəbbə borcu və 122 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-318/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-318/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver