Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-327/2023 07.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 8-xx.xx.2017-SM0136 nömrəli, 21 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 813,23 manat əsas borc, 1,25 manat faiz borcu və 0,69 manat cərimə faizi olmaqla cəmi 815,17 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 8-xx.xx.2017-SM0136 nömrəli, 21 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 813,23 manat əsas borc, 1,25 manat faiz borcu və 0,69 manat cərimə faizi olmaqla cəmi 815,17 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 izahatında göstərdi ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış 8-xx.xx.2017-SM0136 nömrəli, 21 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən X5 36 ay müddətinə illik 27 faiz olmaqla 1300 (bir min üç yüz) manat məbləğində nağd kredit verilmişdir. X2 27 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Şamaxı regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 09 fevral 2023-cü il tarixli 304 saylı məktubu ilə müəyyən edilmişdir ki, X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 20 oktyabr 2021-ci il tarixli, 455 nömrəli vərəsəlik işi üzrə, reyestrdə 2V-850 № ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 8-xx.xx.2017-SM0136 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 813,23 manat əsas borc, 1,25 manat faiz borcu və 0,69 manat cərimə faizi olmaqla cəmi 815,17 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 8-xx.xx.2017-SM0136 nömrəli, 21 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 813,23 manat əsas borc, 1,25 manat faiz borcu və 0,69 manat cərimə faizi olmaqla cəmi 815,17 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə X7 arasında bağlanmış 8-xx.xx.2017- SM0136 nömrəli, 21 noyabr 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, X5 36 ay müddətinə illik 27 faiz olmaqla 1300 (bir min üç yüz) manat məbləğində nağd kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin Şamaxı filialının 12 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-nə 813,23 manat əsas borc, 1,25 manat faiz borcu və 0,69 manat cərimə faizi olmaqla cəmi 815,17 manat məbləğində kredit borcu qalmışdır. Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 may 2019-cu il tarixdə verdiyi AZ-İİ 005242 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 aprel 2019-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 20 oktyabr 2021-ci il tarixli, 455 nömrəli vərəsəlik işi üzrə, reyestrdə 2V-850 № ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şamaxı regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 09 fevral 2023-cü il tarixli 304 saylı məktubundan görünür ki, X1 adına vərəsəlik işi açılmış və Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 qanun üzrə vərəsələri olmuşdur. Müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış 8xx.xx.2017-SM0136 nömrəli, 21 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən X5 36 ay müddətinə illik 27 faiz olmaqla 1300 (bir min üç yüz) manat məbləğində nağd kredit verilmişdir. Borclu X2 27 aprel 2019-cu il tarixdə vəfat etmiş, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 20 oktyabr 2021-ci il tarixli, 455 nömrəli vərəsəlik işi üzrə onun vərəsəsi elan edilərək onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X4 vəfat etdiyi tarixinə "xxxx" ASC-nə cəmi 815,17 manat kredit borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 8-xx.xx.2017-SM0136 nömrəli, 21 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 813,23 manat əsas borc, 1,25 manat faiz borcu və 0,69 manat cərimə faizi olmaqla cəmi 815,17 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının alınıb "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 8-xx.xx.2017-SM0136 nömrəli, 21 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 813,23 manat əsas borc, 1,25 manat faiz borcu və 0,69 manat cərimə faizi olmaqla cəmi 815,17 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-327/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-327/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver