Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-335/2024 02.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, cavabdehlər X4, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 16 saylı restrukturizasiya müqaviləsi üzrə olan 3235,67 manat əsas, 44,75 manat faiz borcu olmaqla, cəmi 3279,42 manat borc məbləğinin və ödənilmiş 52,65 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı 16 saylı restrukturizasiya müqaviləsi üzrə olan 3235,67 manat əsas, 44,75 manat faiz borcu olmaqla, cəmi 3279,42 manat borc məbləğinin və ödənilmiş 52,65 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarın icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Qobustan rayonu, Sündü kənd sakini X6 ilə 16 sentyabr 2020-ci il tarixli 16 saylı “fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Həsənpaşa Səfərovun əsas borcuna illik 1% hesablanmaqla, 3805,99 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 il müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh X6 ilə bağlanmış restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC bank olmayan kredit təşkilatının Şamaxı filialı ilə fiziki şəxs Cavabdeh3 arasında 16 sentyabr 2020-ci il tarixli 16 saylı zaminlik müqaviləsi bağlanmışdır.Cavabdeh X6 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Azərbaycan Respublikası Qobustan rayon İcra Hakimiyyəti Başçısının Sündü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 aprel 2024-cü il tarixli 5-60-6/2-13/2024 saylı arayışına əsasən Qobustan rayonu, Sündü kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 X6 vəfat etdikdən sonra varisi olmuşdur. Bağlanmış 16 sentyabr 2020-ci il tarixli 16 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 3235,67 manat, faiz borcu isə 44,75 manat təşkil edir. X6 ilə bağlanmış restrukturizasiya müqaviləsinin 2.3-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna hesablanan illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavabdeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc galığına illik 2%-lə faiz hesablanır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və zamini Cavabdeh3 kredit təşkilatı ilə borcalan arasında bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdələrinə götürmüşdülər. Borcun ödənilməsi tələbi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların zamininə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Ona görə də mərhum X3 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına 16 saylı restrukturizasiya müqaviləsi üzrə olan 3235,67 manat əsas, 44,75 manat faiz borcunun və 52,65 manat ödənilmiş dövlət rüsumunun tutulub cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək izahatında göstərdi ki, "xxxx" ASC Şamaxı filialı ilə X6 arasında 16 sentyabr 2020-ci il tarixli 16 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Həsənpaşa Səfərova 60 ay müddətinə 3805,99 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Həsənpaşa Səfərova zamin durmuşdur. Banka olan borcu hissə-hissə ödəyəcək. Cavabdeh1 izahat verərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxıı filialı ilə atası X6 arasında 16 sentyabr 2020-ci il tarixli 16 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Həsənpaşa Səfərova 60 ay müddətinə 3805,99 manat kredit verilmişdir. Atası vəfat etmişdir. Maddi imkanları olmadığına görə banka olan borcu ödəməmişlər. Banka olan borcu hissə-hissə ödəyəcək. Cavabdeh2 məhkəməyə verdiyi izahatında göstərdi ki, X3 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan borcu hissə-hissə ödəyəcəklər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə X6 arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli 16 saylı müqavilədən görünür ki, Həsənpaşa Səfərova 60 ay müddətinə 3805,99 manat kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə bank arasında 16 sentyabr 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Qobustan rayon İHB-nın Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Qobustan rayon Sündü kənd sakini mərhum X3 vəfatından sonra onun vərəsələri- arvadı 17.10.193-cü il təvəllüdlü X7 və oğlu- Cavabdeh1dur. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Şamaxı filialının 06 may 2024-cü il tarixli 187 saylı pretenziya məktubundan görünür ki, borcun ödənilməsi üçün X7 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Qobustan rayonu, Sündü kənd sakini X6 ilə 16 sentyabr 2020-ci il tarixli 16 saylı “fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” bağlanmış və Həsənpaşa Səfərovun əsas borcuna illik 1% hesablanmaqla, 3805,99 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 il müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh X6 ilə bağlanmış restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC bank olmayan kredit təşkilatının Şamaxı filialı ilə fiziki şəxs Cavabdeh3 arasında 16 sentyabr 2020-ci il tarixli 16 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh X6 vəfat etmişdir. Qobustan rayonu, Sündü kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 X6 vəfat etdikdən sonra onun hüquqi varisi olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 16 sentyabr 2020-ci il tarixli 16 saylı restrukturizasiya müqaviləsi üzrə 3235,67 manat əsas, 44,75 manat faiz borcu və ödənilmiş 52,65 manat dövlət rüsumu müştərək qaydada tutulub İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 16 sentyabr 2020-ci il tarixli 16 saylı restrukturizasiya müqaviləsi üzrə 3235,67 manat əsas, 44,75 manat faiz borcu və ödənilmiş 52,65 manat dövlət rüsumu müştərək qaydada tutulub İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-335/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-335/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver