Məhkəmə qərarları › İş №e-2(026)-350/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-350/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-350/2025 28.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh **********0010 saylı kredit müqaviləsi üzrə borcun məbləği 517,63 manat əsas, faiz borcu üzrə 1,09 manat olmaqla, cəmi 518,72 manat, həmçinin **********0020 saylı kredit müqavilə üzrə borcun məbləği 783,21 manat əsas, faiz borcu üzrə 4,21 manat olmaqla, cəmi 787,42 manat və cəmi ödənilmiş 33,07 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə oğlu 17 iyul 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən borcun ödənilməsi səbəbindən iş üzrə təqdim edilmiş iddia ərizəsi və əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması zərurəti yaranmışdır. Ona görə də həmin mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan sonra 28 iyul 2025-ci il tarixli məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə baxış iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı tərəf öz ərizəsi ilə iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddia MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qeyd edilən normaları və iddiaçı tərəfin ərizəsini nəzərə alan məhkəmə bildirir ki, hazırkı iş üzrə iddia baxılmamış saxlanılmalıdır. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İşdəki 21 aprel 2025-ci il tarixli, **********94 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 33,07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.5-ci maddəsini nəzərə alan məhkəmə bildirir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 33,07 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 259, 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borc tələbinə dair” iddiası baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən ödənilmiş 33,07 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar