Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-365/2025 23.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı “X2” ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçının xeyrinə 1105,1 manat əsas, 161,29 manat faiz, 96,55 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1362,94 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 33,63 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbinin əsası kimi 16 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 1849 manat məbləğində kreditin verilməsinə dair 19 yanvar 2024-cü il tarixli kredit müqaviləsinə istinad edir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə tamamilə fərqli şərtlərlə bağlanmış 23 noyabr 2021-ci il tarixli kredit müqaviləsi əlavə olunmuşdur. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş 15 may 2025-ci il tarixli maliyyə arayışında öz əksini tapmış əsas, faiz, cərimə və cəmi məbləğ üzrə borcun miqdarı tələb edilən borc miqdarından tamamilə fərqlənir. Qeyd edilənlərlə yanaşı, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə cavabdeh kimi Cavabdeh (23 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin bağlanıldığı şəxs) əlavə edilsə də, iddiaçının tələbi X1 pulun tutulmasına yönəlmişdir. MPM-in 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul olunmasından imtina edilməlidir. MPM-in 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə MPM-in 284-4.3-cü maddəsinə uyğun olaraq iddiaçıya izah edir ki, hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İşdəki ********** nömrəli, 15 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı “X2” ASC tərəfindən 41,24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 41,24 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 149-152, 263, 264 və 284-4-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin qəbul olunmasından imtina edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 41,24 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-365/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-365/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver