Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-394/2023 24.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh2 09 iyul 2015-ci il tarixli 869 nömrəli kredit müqaviləsi üzrə 9980,47 manat əsas, 10438,10 manat faiz borcu olmaqla, cəmi 20418,57 manat borc məbləğinin alınıb İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh2 və X2 bərabər hissədə məxsus ipoteka predmeti olan Qobustan rayonu Ərəbşalbaş kəndində 0,124 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyulan ipoteka saxlayanla razılığına əsasən 27000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan 20418,57 manat borcun və 151,26 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh2 09 iyul 2015-ci il tarixli 869 nömrəli kredit müqaviləsi üzrə 9980,47 manat əsas, 10438,10 manat faiz borcu olmaqla, cəmi 20418,57 manat borc məbləğinin alınıb İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh2 və X2 bərabər hissədə məxsus ipoteka predmeti olan Qobustan rayonu Ərəbşalbaş kəndində 0,124 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyulan ipoteka saxlayanla razılığına əsasən 27000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin Stılması hesabına Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan 20418,57 manat borcun və 151,26 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh2 arasında 09 iyul 2015-ci il tarixli 869 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iri buynuzlu heyvanların alınması üçün Cavabdeh2 36 ay müddətinə illik 6 %-lə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 09 iyul 2015-ci il tarixli 869 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh2 ilə bağlanmış 09 iyul 2015-ci il tarixli 869 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 bərabər hissəli məxsus olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evi, 0.124 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlə bağlanmış 09 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin 3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 27.000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh 09 iyul 2015-ci il tarixli 869 saylı kredit müqaviləsinə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh Güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdehin İddiaçı QSC-yə 9980.47 manat əsas borc, 10438.10 manat faiz borcu olmaqla, cəmi borcu 20418.57 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir nəticəsi olmamışdır. Ona görə də Cavabdeh2 09 iyul 2015-ci il tarixli 869 nömrəli kredit müqaviləsi 9980.47 manat əsas borc,10438.10 manat faiz borcu olmaqla, cəmi 20418.57 manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin Cavabdeh2 və Cavabdeh1 bərabər hissəli məxsus Qobustan rayonu Ərəbşalbaş kəndində yerləşən ipoteka predmeti olan 0.124 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 27.000,00 manat məbləğində müəyyən edilməsi və ipoteka predmetinin satılması hesabına Cavabdeh2 İddiaçı QSC-yə olan 20418,57 manat kredit borcu və 151,26 manat ödənilmiş dövlət rüsumu ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 izahat verərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə arasında 09 iyul 2015-ci il tarixli 869 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iri buynuzlu heyvanların alınması üçün ona 36 ay müddətinə illik 6 %-lə 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC ilə aralarında 09 iyul 2015-ci il tarixli 869 nömrəli ipoteka müqaviləsi bağlanmış, ona və borclu Cavabdeh1 bərabər hissəli məxsus olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evi, 0.124 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Banka olan borcunu maddi imkanı olmadığı üçün ödəməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. İpoteka ilə yüklü edilmiş evin qiymətinin 27000 manat qiymətləndirilməsinə etirazı yoxdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatını dinləyib işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh2 arasında 09 iyul 2015-ci il tarixli 869 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iri buynuzlu heyvanların alınması üçün Cavabdeh2 36 ay müddətinə illik 6 %-lə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 09 iyul 2015-ci il tarixli 869 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh2 ilə bağlanmış 09 iyul 2015-ci il tarixli 869 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 bərabər hissəli məxsus olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evi, 0.124 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlə bağlanmış 09 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin 3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 27.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin İddiaçı QSC-yə 9980.47 manat əsas borc, 10438.10 manat faiz borcu olmaqla, cəmi borcu 20418.57 manat təşkil edir. Borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İş materiallarına əlavə edilmiş Aqrarkredit” QSC ilə Cavabdeh2 arasında bağlanmış 09 iyul 2015-ci il tarixli 869 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən iri buynuzlu heyvanların alınması üçün Cavabdeh2 36 ay müddətinə illik 6 %-lə 12000 manat məbləğində kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 arasında 09 iyul 2015-ci il tarixdə bağlanmış 869 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka müqaviləsinə əsasən Cavabdeh2 ilə bank arasında bağlanmış 09 iyul 2015-ci il tarixli 869 nömrəli kredit müqaviləsinin təminatı olaraq Qobustan rayonu Ərəbşalbaş kəndində yerləşən Cavabdeh2 və Cavabdeh1 bərabər hissəli məxsus olan fərdi yaşayış evi 0.124 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 27000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 18 aprel 2023-cü tarixli bildirişindən göstərilir k, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 09 iyul 2015-ci il tarixli 869 nömrəli kredit müqaviləsi üzrə 9980,47 manat əsas, 10438,10 manat faiz borcu olmaqla, cəmi 20418,57 manat borc məbləğinin alınıb İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, borc tələbinin Cavabdeh2 və X2 bərabər hissədə məxsus ipoteka predmeti olan Qobustan rayonu Ərəbşalbaş kəndində yerləşən 0,124 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin satılması hesabına Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan 20418,57 manat borc və 151,26 manat dövlət rüsumu ödənilməli və ipoteka predmetinin qiyməti 27000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 09 iyul 2015-ci il tarixli 869 nömrəli kredit müqaviləsi üzrə 9980,47 manat əsas, 10438,10 manat faiz borcu olmaqla, cəmi 20418,57 manat borc məbləğinin alınıb İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Borc tələbi Cavabdeh2 və X2 bərabər hissədə məxsus ipoteka predmeti olan Qobustan rayonu Ərəbşalbaş kəndində yerləşən 0,124 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin satılması hesabına Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan 20418,57 manat borc və 151,26 manat dövlət rüsumu ödənilsin. İpoteka predmetinin qiyməti 27000 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-394/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-394/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver