Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-396/2025 28.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1035,09 ABŞ dolları əsas, 372,95 ABŞ dolları faiz, 2490,57 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 146,3 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4044,91 ABŞ dollarının və iş üzrə ödənilmiş 88,77 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı mülki iş üzrə cavabdeh qismində cəlb olunan Cavabdeh3 cavabdehlər siyahısından çıxarılaraq, kredit üzrə borc tələbinin yalnız Cavabdeh1 və Cavabdeh2 tutulması zərurəti yaranmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1035,09 ABŞ dolları əsas, 372,95 ABŞ dolları faiz, 2490,57 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 146,3 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4044,91 ABŞ dollarının və iş üzrə ödənilmiş 88,77 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC sonradan ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər arasında 03 iyul 2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Ona görə də ərizədə bankla cavabdehlər arasında bağlanmış 03 iyul 2025ci il tarixli barışıq sazişinin təsdiq edilməsi xahiş olunmuşdur. Qobustan Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli protokol qaydasında qəbul edilmiş qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, Cavabdeh3 cavabdehlərin sırasından çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 bir tərəfdən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X5, digər tərəfdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 03 iyul 2025-ci il tarixli barışıq sazişinin əslini məhkəməyə təqdim edərək, onun təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələri izah olunduqdan sonra, onlar barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Tərəflərin təqdim etdikləri bir tərəfdən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X5, digər tərəfdən cavabdehlər Cavabdeh1 (cavabdeh-borclu) və Cavabdeh2 (cavabdeh-zamin) arasında bağlanmış 03 iyul 2025-ci il tarixli barışıq sazişindən görünür ki, bu barışıq sazişi Qobustan Rayon Məhkəməsində baxılan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbinə dair” iddiasına dair e-2(026)- 396/2025 saylı mülki iş ilə əlaqədar tərtib olunmuşdur. Tərəflər arasındakı barışığın şərtləri barışıq sazişində aşağıdakı məzmunda öz əksini tapmışdır: “Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 1.035,09 (bir min otuz beş ABŞ dolları, 09 sent) ABŞ dolları əsas, 372,95 (üç yüz yetmiş iki ABŞ dolları, 95 sent) ABŞ dolları faiz, 2.400,46 (iki min dörd yüz ABŞ dolları, 46 sent) ABŞ dolları köçürülmüş faizlər və 90,11 (doxsan ABŞ dolları, 11 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 300 (üç yüz) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 2.200 (iki min iki yüz) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin avqust ayından başlayaraq, hər ay 91,67 (doxsan bir manat, 67 qəpik) manatın ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 2.200 (iki min iki yüz) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh- Borclu və Cavabdeh-Zamindən tutulacaqdır. İddiaçı Cavabdeh-Borcluya və Cavabdeh- Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.5. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə tərəflər – bir tərəfdən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X5, digər tərəfdən cavabdehlər Cavabdeh1 (cavabdeh-borclu) və Cavabdeh2 (cavabdeh-zamin) arasında aşağıdakı şərtlərlə bağlanmış 03 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: “Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 1.035,09 (bir min otuz beş ABŞ dolları, 09 sent) ABŞ dolları əsas, 372,95 (üç yüz yetmiş iki ABŞ dolları, 95 sent) ABŞ dolları faiz, 2.400,46 (iki min dörd yüz ABŞ dolları, 46 sent) ABŞ dolları köçürülmüş faizlər və 90,11 (doxsan ABŞ dolları, 11 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 300 (üç yüz) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 2.200 (iki min iki yüz) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin avqust ayından başlayaraq, hər ay 91,67 (doxsan bir manat, 67 qəpik) manatın ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 2.200 (iki min iki yüz) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh- Borclu və Cavabdeh-Zamindən tutulacaqdır. İddiaçı Cavabdeh-Borcluya və Cavabdeh- Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.5. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür”. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-396/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-396/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver