Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-407/2022 22.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 12 aprel 2021-ci il tarixli BPM**********34 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 838,14 manat, faiz borcu üzrə 10,40 manat olmaqla, cəmi 848,54 manat kredit borcunun həcminin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 12 aprel 2021-ci il tarixli BPM**********34 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 838,14 manat, faiz borcu üzrə 10,40 manat olmaqla, cəmi 848,54 manat kredit borcunun həcminin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə göndərərək Cavabdeh 785,41 manat əsas, 5,01 manat faiz borcu olmaqla, ümumilikdə 790,42 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında göstərdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2021-ci il tarixli BPM**********34 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh illik 19 faiz olmaqla 18 ay müddətinə 1000 manat kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdehin 14 iyul 2022-ci il tarixinə banka 785,41 manat əsas və 5,01 manat faiz borcu vardır. Ona görə də Cavabdeh 12 aprel 2021-ci il tarixli BPM**********34 nömrəli kredit müqaviləsinə əsasən 785,41 manat əsas, 5,01 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının alınıb "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, "xxxx" ASC ilə aralarında bağlanmış 12 aprel 2021-ci il tarixli BPM**********34 nömrəli kredit müqaviləsinə əsasən illik 19 faiz olmaqla 18 ay müddətinə 1000 manat kredit götürmüşdür. Banka olan borcunu işləmədiyi üçün vaxtlıvaxtında ödəyə bilməmişdir. Hazırda işləyir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2021-ci il tarixli BPM**********34 nömrəli kredit müqaviləsinə əsasən illik 19 faiz olmaqla 18 ay müddətinə 1000 manat kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin Suraxanı filialının maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 785,41 manat əsas və 5,01 manat faiz borcu qalmışdır. Müəyyən olundu ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 12 aprel 2021-ci il tarixli BPM**********34 nömrəli kredit müqaviləsinə əsasən illik 19 faiz olmaqla 18 ay müddətinə 1000 manat kredit verilmişdir. Kredit Cavabdeh tərəfindən ödəniş cədvəlində nəzərdə tutulan ödənişlər edilməmiş və nəticədə cavabdehin banka 785,41 manat əsas və 5,01 manat faiz borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 12 aprel 2021-ci il tarixli BPM**********34 nömrəli kredit müqaviləsinə əsasən 785,41 manat əsas bor, 5,01 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı alınıb "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12 aprel 2021-ci il tarixli BPM**********34 nömrəli kredit müqaviləsinə əsasən 785,41 manat əsas borc, 5,01 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı alınıb "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-407/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-407/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver