Məhkəmə qərarları › İş №e-2(026)-445/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-445/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-445/2023 29.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6694,87 manat əsas, 24,86 manat faiz və 88,32 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6694,87 manat əsas, 24,86 manat faiz və 88,32 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli, 108.LN.1676.151119.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 7299,85 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 15 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəfələrlə şifahi müraciət olunmasına, habelə xəbərdarlıq və bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6694,87 manat əsas, 24,86 manat faiz və 88,32 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə aralarında bağlanmış 15 noyabr 2019-cu il tarixli, 108.LN.1676.151119.00002 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 7299,85 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 ona zamin olmuşdur. Banka olan borcunu ödəməyə maddi imkanı olmamışdır. Borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli, 108.LN.1676.151119.00002 nömrəli kredit müqaviləsinə əsasən N. Mirzəyevə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 7299,85 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Banka olan borcu hissə-hissə ödəyəcəklər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehlərin izahatlarını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ASC-in Şamaxı filialının 15 noyabr 2019-cu il tarixli, 108.LN.1676.151119.00002 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 7299,85 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-in Şamaxı filialının 15 noyabr 2019-cu il tarixli, 108.CL.151119.00002/a saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 04 sentyabr 2021-ci il tarixli **********043 xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli, 108.LN.1676.151119.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 7299,85 manat məbləğində kredit verilmiş, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 15 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müraciət olunmasına, habelə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6694,87 manat əsas, 24,86 manat faiz və 88,32 manat ödənilmiş dövlət rüsumu alınıb Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6694,87 manat əsas, 24,86 manat faiz və 88,32 manat ödənilmiş dövlət rüsumu alınıb Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar