Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-459/2023 15.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 2805,33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu və iş üzrə ödənilmiş 113,98 manat dövlət rüsumunun müştərək qaydada tutularaq X1 "xxxx" ASC-in xeyrinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 2805,33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu və iş üzrə ödənilmiş 113,98 manat dövlət rüsumunun müştərək qaydada tutularaq X1 "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu arasında 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Bank Xidmətləri Müqaviləsi əsasında bağlanmış KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli əlavəyə əsasən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 29% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit açılmışdır. Borcun təminatı olaraq cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğluna kredit verilərkən Cavabdeh1 ilə 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsi əsasında KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********714 saylı 25 iyun 2023-cü il tarixli bildiriş məktubu göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlunun 17 iyul 2023-cü il tarixə kredit üzrə 2805, 33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu təşkil edir. Həmin borcun, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcunun və 113,98 manat dövlət rüsumunun cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq X1 "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürdüyündən iddia qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddia ərizəsinə görə onun borcu aralarında bağlanmış 24 avqust 2017-ci il tarixli müqavilə əsasında yaranmışdır. Bundan başqa iddiadan görünür ki, tərəfindən müqavilə üzrə müəyyən ödənişlər aparılmışdır. Müqavilə üzrə ödənişlər tərəfindən İddiaçı ASC-nin ləğv olunduğu tarixə qədər aparılmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət» Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib. Yəni o, artıq 2018-ci ildən İddiaçı ASC-yə hərhansı məbləğdə pul ödəməmişdir. Lakin İddiaçı ASC məhkəməyə 2023-cü ilin avqust ayında, yəni son ödəniş tarixində 5 (beş) il səkkiz ay keçdikdən sonra iddia ilə müraciət etmişdir ki, qanunvericiliklə müəyyən olunmuş iddia müddətinin buraxılması hesab olunur, ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu və ona qarşı irəli sürdüyü iddia tələbinin iddia müddəti buraxıldığına görə rədd edilməsini və Bakı şəhərində yaşadığına görə işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. X1 "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, X1 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğluna və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması" tələbinə dair e-2(026)-459/2023 nömrəli mülki iş vardır. İddia tələbini tam müdafiə edir. Cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu tərəfindən verilmiş etiraz ərizəsini qəbul etmir. Belə ki, cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu ilə bank arasında bağlanmış 24.08,2017-ci il tarixli, KMQ51T0817Q114 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin son tarixi xx.xx.2020-ci ildir Bu isə o deməkdir ki, iddiaçı MM-nin 373.2-ci maddəsinin tələbləri çərçivəsində ən geci 24 08.2023-cü il tarixədək hazırki tələblə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir, iddiaçı bank tərəfindən isə **********920 nömrəli xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə iddia müddəti ötürülmədən 21,08,2023-cü il tarixdə "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edilmişdir (“Elektron məhkəmə" informasiya sisteminə yüklənmiş iddia ərizəsini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilir). Göründüyü kimi, iddiaçının 24,08.2023-cü il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün vaxtı mövcud olmuşdur. Qeyd edilənlərə əsasən hesab edirik ki, bank tərəfindən cavabdehlərə qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edilməsi üçün müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir. Ona görə də cavabdehin etiraz ərizəsi əsassızdır. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq xx.xx.2023-ci il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə baxış iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirməsini, cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu tərəfindən verilmiş etiraz ərizəsinin (iddia müddətinin tətbiqinə dair) təmin edilməyərək bankın iddia tələbinin tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu arasında 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Bank Xidmətləri Müqaviləsi üzərindən bağlanmış KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli əlavəyə əsasən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 29% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit açılmışdır. Borcun təminatı olaraq cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğluna kredit verilərkən Cavabdeh1 ilə 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsi üzərindən KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubu göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlunun 17 iyul 2023-cü il tarixə kredit üzrə banka 2805, 33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu vardır. Həmçinin müəyyən olundu ki, iddiaçı ilə cavabdehlər arasında KM **********14 saylı 5 saylı əlavə və zaminlik müqavilələri 24 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə icra müddəti 24 avqust 2020-ci il bitmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə qarşı iddia tələbi 16 avqust 2023-cü il tarixdə verilmiş və iddia ərizəsi məhkəmədə 21 avqust 2023-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-in 373.2-ci maddəsində nəzərdə tutulan 3 il iddia müddəti buraxılmamışdır. Azərbaycan Respublikası MM-in 477.0.4-cü maddəsində göstərilir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda və belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bankla zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.1-ci maddəsində zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildiyi halda xitam verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, 000097 saylı bank xidmətləri müqaviləsində müqavilənin 10 il müddətində qüvvədə olduğu göstərilmişdir. Cavabdehlər tərəfindən qeyd olunan müqavilələrlə üzərinə götürdükləri icra etmədiklərindən, yəni kreditora olan borc tam ödənilmədiyindən, müqavilələrdə müqavilənin 10 il müddətində qüvvədə olması və zaminliyə öhdəliyə xitam verildiyi halda xitam verilməsi nəzərdə tutulduğu üçün məhkəmə belə qənaətə gəlir ki, Cəbrayılov Tayib Cəbrayıl oğlunun iddiaya qarşı etiraz ərizəsində, Cavabdeh1 məhkəməyə göndərdiyi teleqramda göstərdikləri xüsusatlar tamamilə əsassızdır, mülki məsuliyyətdən boyun qaçırmaq bank qarşısında götürdükləri öhdəlikləri icra etməmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tələblərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3194/17 saylı 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu arasında 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsindən görünür ki, Bank Xidmətləri Müqaviləsi üzərindən bağlanmış KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli əlavəyə əsasən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 29% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit açılmışdır. Bank Xidmətləri Müqaviləsi əsasında bağlanmış KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli əlavədən görünür ki, Cəbrayılov Tayib Cəbrayıl oğluna şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 29% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit açılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə görə hazırkı müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. X1 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 5.1.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və dəyişdirilmə onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. **********714 saylı 25 iyun 2023-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 2805,33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu və iş üzrə ödənilmiş 113,98 manat dövlət rüsumu müştərək qaydada tutularaq X1 "xxxx" ASC-in xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 2805,33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə,kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu və 113,98 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutulub X1 "xxxx" ASC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-459/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-459/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver