Məhkəmə qərarları › İş №e-2(026)-48/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-48/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-48/2024 09.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh BPM**********18 nömrəli, 02 noyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 7006,48 manat əsas borc və 50,42 manat faiz borcu olmaqla cəmi 7056,90 manat məbləğində kredit borcunun, ödənilmiş 90,57 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh BPM**********18 nömrəli, 02 noyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 7006,48 manat əsas borc və 50,42 manat faiz borcu olmaqla cəmi 7056,90 manat məbləğində kredit borcunun, ödənilmiş 90,57 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə X6 arasında bağlanmış BPM**********18 nömrəli, 02 noyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən X5 48 ay müddətinə illik 22 faiz olmaqla 7100 manat məbləğində nağd kredit verilmişdir. X2 12 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 29 iyul 2023-cü il tarixli 1189 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh V-356/2022 nömrəli vərəsəlik işi üzrə, 29 iyun 2022ci il tarixli, reyestrdə 2V-652 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 BPM**********18 nömrəli, 02 noyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 7006,48 manat əsas borc və 50,42 manat faiz borcu olmaqla cəmi 7056,90 manat məbləğində borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 7006,48 manat əsas borc və 50,42 manat faiz borcu olmaqla cəmi 7056,90 manat məbləğində kredit borcu, ödənilmiş 90,57 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. Cavabdehn məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə X6 arasında bağlanmış BPM**********18 nömrəli, 02 noyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən X5 48 ay müddətinə illik 22 faiz olmaqla 7100 manat məbləğində nağd kredit verilmişdir. X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olmuşdur. X4 banka olan borcunu hissə-hissə ödəyəcək. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********18 nömrəli, 02 noyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, X5 48 ay müddətinə illik 22 faiz olmaqla 7100 manat məbləğində nağd kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin Şamaxı filialının maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-yə 7006,48 manat əsas və 50,42 manat faiz borcu olmaqla cəmi 7056,90 manat məbləğində kredit borcu qalmışdır. Müəyyən olundu ki, iddiaçı "xxxx" ASC-nin Şamaxı filialı ilə X6 arasında bağlanmış BPM**********18 nömrəli, 02 noyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən X5 48 ay müddətinə illik 22 faiz olmaqla 7100 manat məbləğində nağd kredit verilmişdir. X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh V-356/2022 nömrəli vərəsəlik işi üzrə, 29 iyun 2022-ci il tarixli, reyestrdə 2V-652 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 16 dekabr 2020-ci il tarixli AZ-İİ 117809 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 29 iyul 2023-cü il tarixli 1189 saylı məktubundan görünür ki, V-356/2022 nömrəli vərəsəlik işi üzrə, 29 iyun 2022-ci il tarixli, reyestrdə 2V-652 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 12 dekabr 2020-ci il tarixdə ölmüş X3 qalmış miras əmlaka (nəqliyyat vasitəsinə) dair əri- Cavabdeh vərəsəlik hüququ rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh BPM**********18 nömrəli, 02 noyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 7006,48 manat əsas borc və 50,42 manat faiz borcu olmaqla cəmi 7056,90 manat məbləğində kredit borcu, ödənilmiş 90,57 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı alınıb "xxxx" ASCyə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BPM**********18 nömrəli 02 noyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 7006,48 manat əsas borc və 50,42 manat faiz borcu olmaqla cəmi 7056,90 manat məbləğində kredit borcu, ödənilmiş 90,57 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı alınıb "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar