Məhkəmə qərarları › İş №e-2(026)-483/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-483/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-483/2025 09.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (X2 qanun üzrə vərəsəsi) 19 noyabr 2020-ci il tarixli, SMNPU-02701 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1862,04 manat, kreditdən istifadəyə görə faiz borcu 45,12 manat, cərimə borcu 32,22 manat, cəmi 1939,38 manat məbləğində pulun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı filialı ilə borclu X4 arasında bağlanmış 19 noyabr 2020-ci il tarixli, SMNPU-02701 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17 faiz olmaqla 24 ay müddətinə 4000 manat məbləğində ona kredit verilmişdir. Tərəflər arasında bağlanmış 19 noyabr 2020-ci il tarixli, SMNPU-02701 saylı kredit müqaviləsinə görə cavabdeh öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 19 noyabr 2020-ci il tarixli, SMNPU- 02701 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borca görə 1862,04 manat, kreditdən istifadəyə görə faiz borcu 45,12 manat, cərimə borcu 32,22 manat, cəmi 1939,38 manat təşkil edir. Qobustan rayon Qeydiyyat şöbəsinin 25 yanvar 2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X4 17 yanvar 2022-ci ildə vəfat etmişdir. Halhazırda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsaslanaraq borclu X2 17 yanvar 2022-ci ildə vəfat etdiyini nəzərə alıb, onun yuxarıda adı çəkilən 19 noyabr 2020-ci il tarixli, SMNPU-02701 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Qobustan rayon Notariat ofisinin sorğuya verdiyi cavab məktubu ilə 26 may 2025-ci il tarixli, 2V-36 və 2V-37 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilmişdir. 26 may 2025-ci il tarixli, 2V-36 və 2V-37 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi Cavabdehdır. Bu səbəbdən 19 noyabr 2020-ci il tarixli, SMNPU-02701 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə X2 qanun üzrə vərəsəsi Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 31 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan İddiaçı ASC ilə borc alan X4 arasında bağlanmış 19 noyabr 2020-ci il tarixli, SMNPU-02701 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən bu müqavilənin şərtləri daxilində borc alana istehlak məqsədilə 4000 manat məbləğində kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 4000 manatdan çox olmamalıdır. Kreditə görə illik 17 faiz hesablanır. Borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) məbləğində cərimə tətbiq edilə bilər. İşdə surəti olan 19 noyabr 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən 19 noyabr 2020-ci il tarixli, SMNPU-02701 nömrəli kredit müqaviləsi üzrə 4000 manat məbləğində kredit vəsaiti X3 təqdim edilmişdir. İşdə surəti olan AZ-İİ 213425 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 17 yanvar 2022-ci ildə ölmüşdür. İşdə surəti olan İddiaçı ASC-nin 24 iyul 2025-ci il tarixli arayışından görünür ki, borclu X2 qanun üzrə vərəsəsinin 19 noyabr 2020-ci il tarixli, SMNPU-02701 saylı müqavilə üzrə 24 iyul 2025-ci il tarixinə olan borcu aşağıdakı kimidir: 1862,04 manat məbləğində əsas borc, 45,12 manat məbləğində faiz borcu, 32,22 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1939,38 manat məbləğində borc. İşdə surəti olan Qobustan rayon Notariat ofisinin 26 may 2025-ci il tarixli məktubundan görünür ki, 17 yanvar 2022-ci il tarixdə vəfat etmiş X1 qalan miras əmlaka dair 12 aprel 2022-ci il tarixdə Qobustan rayon Notariat ofisində vərəsəlik işi açılmış və 20 reyestr nömrəsi ilə qeyd edilmişdir. 07 iyun 2022-ci il tarixdə miras əmlaklara dair miras qoyanın vərəsəsi Cavabdeh 2V-36 və 2V-37 reyestr nömrələri ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İşdə surəti olan 07 iyun 2022-ci il tarixli, reyestrdə 2V-36 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 17 yanvar 2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi (arvadı) Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Şamaxı filialı tərəfindən verilmiş 19 may 2022-ci il tarixli, 269 saylı məktuba əsasən 7362,04 manat pul vəsaitindən ibarətdir. İşdə surəti olan 07 iyun 2022-ci il tarixli, reyestrdə 2V-37 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 17 yanvar 2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi (arvadı) Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 17 may 2016-cı il tarixdə X3 verilmiş **********58 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qobustan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,85 ha olan torpaq sahəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 17 may 2016-cı il tarixdə X3 verilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qobustan şəhəri ünvanında yerləşən ümumi sahəsi 2,05 ha olan torpaq sahəsindən ibarətdir. İşdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 29 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə kreditor olan iddiaçı ilə borc alan Əlikram Cahangirov arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər borc alan tərəfindən lazımi qaydada icra olunmamış, onun müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Borc alan Əlikram Cahangirov 17 yanvar 2022-ci ildə vəfat etmiş, ondan miras qalan əmlaklara dair vərəsəlik işləri açılaraq 2V-36 və 2V-37 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr üzrə yeganə vərəsə kimi (qanun üzrə) Cavabdeh tanınmış, o, "xxxx" ASC-nin Şamaxı filialı tərəfindən verilmiş 19 may 2022-ci il tarixli, 269 saylı məktuba əsasən 7362,04 manat pul vəsaitini, ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 17 may 2016-cı il tarixdə X3 verilmiş **********58 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qobustan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,85 ha olan torpaq sahəsini və ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 17 may 2016-cı il tarixdə X3 verilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qobustan şəhəri ünvanında yerləşən ümumi sahəsi 2,05 ha olan torpaq sahəsini mərhum Əlikram Cahangirovdan miras qalmış əmlak kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının mərhum Əlikram Cahangirova 4000 manat məbləğində kredit verməsi, mərhum borc alanın iddiaçıya ödənilməmiş 1862,04 manat əsas, 45,12 manat faiz borcunun qalması, iddiaçının ödənişlərin vaxtında edilməməsinə görə cərimə tələb etmək hüququnun olması, tələb edilən 32,22 manat məbləğində cərimənin əsas borcun məbləğinə mütənasib olması, mərhum Əlikram Cahangirovdan miras qalmış əmlakları qanun üzrə vərəsə kimi cavabdehin qəbul etməsi, bu səbəblə də cavabdehin mərhumun öhdəliklərinə görə məsuliyyət daşımalı olması öz təsdiqini tapdığından, iddia təmin edilməli, 19 noyabr 2020-ci il tarixli, SMNPU-02701 nömrəli kredit müqaviləsi üzrə 1862,04 manat məbləğində əsas borc, 45,12 manat məbləğində faiz borcu, 32,22 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1939,38 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19 noyabr 2020-ci il tarixli, SMNPU-02701 nömrəli kredit müqaviləsi üzrə 1862,04 manat məbləğində əsas borc, 45,12 manat məbləğində faiz borcu, 32,22 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1939,38 manat məbləğində pul vəsaiti və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar