Məhkəmə qərarları › İş №e-2(026)-505/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-505/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-505/2022 21.11.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 21 avqust 2020-ci il tarixli SMNPU-2479 saylı kredit müqaviləsi üzrə 335,55 manat əsas, 15,3 manat faiz borcu borcun olmaqla, cəmi 350,85 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ”Rabitəbank” ASC-nin xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 21 avqust 2020-ci il tarixli SMNPU-2479 saylı kredit müqaviləsi üzrə 335,55 manat əsas, 15,3 manat faiz borcu borcun olmaqla, cəmi 350,85 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ”Rabitəbank” ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 21 avqust 2020-ci il tarixli SMNPU-2479 saylı kredit müqaviləsi üzrə 335,55 manat əsas, 15,3 manat faiz borcu borcun olmaqla, cəmi 350,85 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ”Rabitəbank” ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar