Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-51/2025 21.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “X1” ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh LM121901269 saylı restrukturizasiya müqaviləsi üzrə banka 1948,04 manat məbləğində əsas borc, 34,66 manat məbləğində faiz borcu, 0,03 manat məbləğində cərimə borcu; LM121901270 saylı restrukturizasiya müqaviləsi üzrə isə 1644,01 manat məbləğində əsas borc, 29,38 manat məbləğində faiz borcu, 0,01 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 3656,13 manat məbləğində pulun və 56,56 manat dövlət rüsumunun ləğv prosesində olan “X1” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan “X1” ASC ilə Cavabdeh arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 28 dekabr 2019-cu il tarixli, LM121901269 saylı və 28 dekabr 2019-cu il tarixli, LM121901270 saylı restrukturizasiya müqavilələri bağlanmışdır. 17 yanvar 2014-cü il tarixli, 17531 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2682,43 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. 08 noyabr 2013cü il tarixli, 16531 saylı kredit müqaviləsinə əsasən isə borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2295,27 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunmuş şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Hər iki müqavilə üzrə faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1 faiz olmaqla hesablanır. Restrukturizasiya müqavilələrinin hər ikisi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix 28 dekabr 2024-cü il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində onun LM121901269 saylı restrukturizasiya müqaviləsi üzrə banka 1948,04 manat məbləğində əsas borc, 34,66 manat məbləğində faiz borcu, 0,03 manat məbləğində cərimə borcu, cəmi 1982,73 manat məbləğində; LM121901270 saylı restrukturizasiya müqaviləsi isə 1644,01 manat məbləğində əsas borc, 29,38 manat məbləğində faiz borcu, 0,01 manat məbləğində cərimə borcu, cəmi 1673,40 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədilə borcluya xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 13 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan kreditor ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli, LM121901269 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli, 17531 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2682,43 manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə 60 ay müddətinə illik 1 faiz olmaqla qalıq borcu qaytarmağı öhdəsinə götürür. Borclu borcun ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla, restrukturizasiya müddətinə 0,1 faizdən çox olmamalıdır. İşdə surəti olan 14 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, LPO “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli, LM121901269 saylı kredit müqaviləsi üzrə 09 iyun 2024-cü il tarixinə yaranmış tələb aşağıdakı kimidir: müqavilə üzrə əsas borc 1948,04 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 34,66 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0,03 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 1982,73 manat. İşdə surəti olan kreditor ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli, LM121901270 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış 08 noyabr 2013-cü il tarixli, 16531 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2295,27 manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə 60 ay müddətinə illik 1 faiz olmaqla qalıq borcu qaytarmağı öhdəsinə götürür. Borclu borcun ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla, restrukturizasiya müddətinə 0,1 faizdən çox olmamalıdır. İşdə surəti olan 14 iyun 2024-cü il tarixli digər maliyyə arayışından görünür ki, LPO “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli, LM121901270 saylı kredit müqaviləsi üzrə 09 iyun 2024-cü il tarixinə yaranmış tələb aşağıdakı kimidir: müqavilə üzrə əsas borc 1644,01 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 29,38 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0,01 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 1673,40 manat. İşdən görünür ki, ləğv prosesində olan “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh 21 may 2024-cü il tarixli pretenziya bildirişləri göndərilmişdir. İşdə surəti olan ********** nömrəli, 12 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 56,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında əvvəllər mövcud olmuş kredit müqavilələri sonradan 28 dekabr 2019-cu ildə restrukturizasiya olunmuş, bununla bağlı iki ayrı restrukturizasiya müqaviləsi bağlanmış, lakin həmin müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilələr üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, 28 dekabr 2019-cu il tarixli, LM121901269 nömrəli restrukturizasiya müqaviləsi ilə cavabdehin 17 yanvar 2014-cü il tarixli, 17531 saylı kredit müqaviləsi üzrə iddiaçıya borclu olduğu 2682,43 manat məbləğində kreditin restrukturizasiya olunması, həmin müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 1948,04 manat məbləğində əsas və 34,66 manat məbləğində faiz borcunun qalması, öhdəliklərin icrasının gecikdirilməsinə görə iddiaçının cərimə tələb etmək hüququnun mövcud olması, həmi müqavilə üzrə tələb olunan 0,03 manat cərimə məbləğinin əsas borc məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksək olmaması, həmçinin, 28 dekabr 2019-cu il tarixli, LM121901270 nömrəli restrukturizasiya müqaviləsi ilə cavabdehin 08 noyabr 2013cü il tarixli, 16531 saylı kredit müqaviləsi üzrə iddiaçıya borclu olduğu 2295,27 manat məbləğində kreditin restrukturizasiya olunması, həmin müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 1644,01 manat məbləğində əsas və 29,38 manat məbləğində faiz borcunun qalması, öhdəliklərin icrasının gecikdirilməsinə görə iddiaçının cərimə tələb etmək hüququnun mövcud olması, həmi müqavilə üzrə tələb olunan 0,01 manat cərimə məbləğinin əsas borc məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksək olmaması öz təsdiqini tapdığından, cavabdeh də iddiaya qarşı hər hansı etiraz irəli sürmədiyindən, iddia təmin edilməli, 28 dekabr 2019-cu il tarixli, LM121901269 nömrəli müqavilə üzrə 1948,04 manat məbləğində əsas borc, 34,66 manat məbləğində faiz borcu, 0,03 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1982,73 manat məbləğində borc; 28 dekabr 2019-cu il tarixli, LM121901270 nömrəli müqavilə üzrə 1644,01 manat məbləğində əsas borc, 29,38 manat məbləğində faiz borcu, 0,01 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1673,4 manat məbləğində borc olmaqla, ümumilikdə 3656,13 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 56,56 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 dekabr 2019-cu il tarixli, LM121901269 nömrəli müqavilə üzrə 1948,04 manat məbləğində əsas borc, 34,66 manat məbləğində faiz borcu, 0,03 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1982,73 manat məbləğində borc; 28 dekabr 2019-cu il tarixli, LM121901270 nömrəli müqavilə üzrə 1644,01 manat məbləğində əsas borc, 29,38 manat məbləğində faiz borcu, 0,01 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1673,4 manat məbləğində borc olmaqla, ümumilikdə 3656,13 manat məbləğində pul vəsaiti və 56,56 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-51/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-51/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver