Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-518/2023 02.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən Quliyev Mirələm Qoçu oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh 951,4 manat əsas, 158,58 manat faiz, 16,89 manat cərimə və 31,27 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 951,4 manat əsas, 158,58 manat faiz, 16,89 manat cərimə və 31,27 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bundan əlavə elektron məhkəmə informasiya sistemində mülki işin icraatı iddia icraatı kimi daxil olmuşdur. Ona görə də geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 36, 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİM: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh 951,4 manat əsas, 158,58 manat faiz, 16,89 manat cərimə və 31,27 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-518/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-518/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver