Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-519/2023 23.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh İddiaçı ASC-nin xeyrinə 04 fevral 2023-cü il tarixli GTKR4762209A172 saylı kredit müqaviləsinə əsasən 5847,21 manat əsas, 573,99 manat faiz borcu, 04 fevral 2023-cü il tarixli BBLK4762210A172 saylı kredit kartına dair müqavilə üzrə 395,15 manat əsas, 80,12 manat faiz, borcu olmaqla, ümumilikdə 6896,47 manat borcun və ödənilmiş 88,96 manat dövlət rüsumunun tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh İddiaçı ASC-nin xeyrinə 04 fevral 2023-cü il tarixli GTKR4762209A172 saylı kredit müqaviləsinə əsasən 5847,21 manat əsas, 573,99 manat faiz borcu, 04 fevral 2023-cü il tarixli BBLK4762210A172 saylı kredit kartına dair müqavilə üzrə 395,15 manat əsas, 80,12 manat faiz, borcu olmaqla, ümumilikdə 6896,47 manat borcun və ödənilmiş 88,96 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2023-cü il tarixli GTKR4762209A172 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 18,5 faiz olmaqla 6950 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2023-cü il tarixli BBLK4762210A172 saylı kredit kartına dair müqaviləyə əsasən 60 ay müddətinə illik 25 faiz olmaqla 400 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 25 sentyabr 2023-cü il tarixə İddiaçı ASC-nə 04 fevral 2023-cü il tarixli GTKR4762209A172 saylı kredit müqaviləsinə əsasən 5847,21 manat əsas, 573,99 manat faiz borcu, 04 fevral 2023-cü il tarixli BBLK4762210A172 saylı kredit kartına dair müqaviləyə əsasən 395,15 manat əsas, 80,12 manat faiz borcu olmaqla, ümumilikdə 6896,47 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi və rəsmi bildirilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh 04 fevral 2023-cü il tarixli GTKR4762209A172 saylı kredit müqaviləsinə əsasən 5847,21 manat əsas, 573,99 manat faiz borcu, 04 fevral 2023-cü il tarixli BBLK4762210A172 saylı kredit kartına dair müqavilə üzrə 395,15 manat əsas, 80,12 manat faiz, borcu olmaqla, ümumilikdə 6896,47 manat borcun və ödənilmiş 88,96 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı ASC tərəfindən aralarında bağlanmış müqaviləyə əsasən ona verilmiş kredit borcundan əvvəllər təsərrüfatında olan heyvanlardan satıb ödəmişdir. Lakin sonradan maddi imkanı olmadığına görə banka olan borcunu ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcək. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2023-cü il tarixli GTKR4762209A172 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik 18,5 faiz olmaqla 6950 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2023-cü il tarixli BBLK4762210A172 saylı kredit kartına dair müqavilədən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik 25 faiz olmaqla 400 manat kredit verilmişdir. İddiaçı ASC-nin 26 sentyabr 2023-cü il tarixli 15/5373 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 04 fevral 2023-cü il tarixli GTKR4762209A172 saylı kredit müqaviləsinə əsasən 5847,21 manat əsas, 573,99 manat faiz borcu, 04 fevral 2023cü il tarixli BBLK4762210A172 saylı kredit kartına dair müqaviləyə əsasən 395,15 manat əsas, 80,12 manat faiz borcu olmaqla, ümumilikdə 6896,47 manat borcu vardır. İddiaçı ASC-nin 31 iyul 2023-cü il tarixli 16/45735 saylı xəbərdarlıqda göstərilir ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmişdir. Müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 fevral 2023cü il tarixli GTKR4762209A172 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə illik 18,5 faiz olmaqla 6950 manat, 04 fevral 2023-cü il tarixli BBLK4762210A172 saylı kredit kartına dair müqaviləyə əsasən 60 ay müddətinə illik 25 faiz olmaqla 400 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 04 fevral 2023-cü il tarixli GTKR4762209A172 saylı kredit müqaviləsinə əsasən 5847,21 manat əsas, 573,99 manat faiz borcu, 04 fevral 2023-cü il tarixli BBLK4762210A172 saylı kredit kartına dair müqavilə üzrə 395,15 manat əsas, 80,12 manat faiz, borcu olmaqla, ümumilikdə 6896,47 manat borcun və ödənilmiş 88,96 manat dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 fevral 2023-cü il tarixli GTKR4762209A172 saylı kredit müqaviləsinə əsasən 5847,21 manat əsas, 573,99 manat faiz borcu, 04 fevral 2023-cü il tarixli BBLK4762210A172 saylı kredit kartına dair müqavilə üzrə 395,15 manat əsas, 80,12 manat faiz, borcu olmaqla, ümumilikdə 6896,47 manat borcun və ödənilmiş 88,96 manat dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-519/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-519/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver