Məhkəmə qərarları › İş №e-2(026)-526/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-526/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-526/2024 04.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Kommersiya Bankı ASC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh 2167,62 manat əsas, 158.84 manat faiz, 10,71 manat cərimə borcu və 43,38 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" KB ASC-in hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş Cavabdeh aid şəxsi məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “AB” massivi, ev 123, mənzil 73-də qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 36,152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar