Məhkəmə qərarları › İş №e-2(026)-529/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-529/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-529/2022 19.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı aralarında 22 dekabr 2021-ci il tarixdə bağlanmış 337784-1-30401 saylı kredit müqaviləsinə əsasən 5581,80 manat əsas, 867,44 manat faiz və 595,95 manat cərimə borcu olmaqla, cəmi 7045,19 manat borc məbləğinin və Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı aralarında 22 dekabr 2021-ci il tarixdə bağlanmış 337784-OVR-18794 saylı kredit müqaviləsinə əsasən 269,52 manat əsas, 45,68 manat faiz və 55,45 manat cərimə borcu olmaqla, cəmi 370,65 manat borc məbləğinin və 94,16 manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı aralarında 22 dekabr 2021-ci il tarixdə bağlanmış 337784-1-30401 saylı kredit müqaviləsinə əsasən 5581,80 manat əsas, 867,44 manat faiz və 595,95 manat cərimə borcu olmaqla, cəmi 7045,19 manat borc məbləğinin və Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı aralarında 22 dekabr 2021-ci il tarixdə bağlanmış 337784-OVR-18794 saylı kredit müqaviləsinə əsasən 269,52 manat əsas, 45,68 manat faiz və 55,45 manat cərimə borcu olmaqla, cəmi 370,65 manat borc məbləğinin və 94,16 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 337784-1-30401 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 25,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5715 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri 22 aprel 2022-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin banka ümumilikdə 7045,19 manat məbləğində borcu qalmışdır. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 337784-OVR- 18794 saylı “kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 25 faiz dərəcəsi hesablanması ilə 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri 20 may 2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 370,65 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 337784-1-30401 saylı kredit müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə banka borclu olduğu 5581,80 manat məbləğində əsas borc, 867,44 manat məbləğində faiz borcu, 595,95 manat cərimə üzrə borcu, ümumilikdə isə 7045,19 manat pul məbləğinin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 337784-OVR-18794 saylı kredit müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə Banka borclu olduğu 269,52 manat məbləğində əsas borc, 45,68 manat məbləğində faiz borcu, 55,45 manat cərimə üzrə borcu, ümumilikdə isə 370,65 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 94,16 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahat verərək göstərdi ki, “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış kredit müqavilələri üzrə banka olan borcunu xəstə olduğu üçün ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən edildi ki, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 337784-1-30401 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 25,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5715 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri 22 aprel 2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 7045,19 manat məbləğində borcu qalmışdır. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 337784- OVR-18794 saylı “kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 25 faiz dərəcəsi hesablanması ilə 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri yerinə yetirməyərək 22 dekabr 2021-ci il tarixli 337784-1-30401 saylı kredit müqaviləsinə əsasən 01 noyabr 2022ci il tarixə banka 5581,80 manat məbləğində əsas, 867,44 manat məbləğində faiz, 595,95 manat cərimə borcu olmaqla, ümumilikdə 7045,19 manat, 22 dekabr 2021-ci il tarixli 337784-OVR-18794 saylı kredit müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə 269,52 manat məbləğində əsas, 45,68 manat məbləğində faiz, 55,45 manat olmaqla, ümumilikdə 370,65 manat borcu yaranmışdır. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh arasında 22 dekabr 2021-ci il tarixli 337784-OVR-18794 saylı kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh istehlak məqsədilə illik 25 faiz dərəcəsi hesablanması ilə 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh arasında 22 dekabr 2021-ci il tarixli 337784-1-30401 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh istehlak məqsədilə illik 25,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5715 manat məbləğində kredit verilmişdir. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin 22 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 dekabr 2021-ci il tarixli 337784-1-30401 saylı kredit müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə banka 5581,80 manat məbləğində əsas, 867,44 manat məbləğində faiz, 595,95 manat cərimə borcu olmaqla, ümumilikdə 7045,19 manat, 22 dekabr 2021-ci il tarixli 337784-OVR-18794 saylı kredit müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə 269,52 manat məbləğində əsas, 45,68 manat məbləğində faiz, 55,45 manat olmaqla, ümumilikdə 370,65 manat borcu qalmışdır. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin pretenziya məktubundan göstərilir ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 22 dekabr 2021-ci il tarixli 337784-1-30401 saylı kredit müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə banka 5581,80 manat məbləğində əsas, 867,44 manat məbləğində faiz, 595,95 manat cərimə borcu olmaqla, ümumilikdə 7045,19 manat, 22 dekabr 2021-ci il tarixli 337784-OVR- 18794 saylı kredit müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə 269,52 manat məbləğində əsas, 45,68 manat məbləğində faiz, 55,45 manat olmaqla, ümumilikdə 370,65 manat borc, 94,16 manat ödənilmiş dövlət rusumu alınıb Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22 dekabr 2021-ci il tarixli 337784-1-30401 saylı kredit müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə banka 5581,80 manat məbləğində əsas, 867,44 manat məbləğində faiz, 595,95 manat cərimə borcu olmaqla, ümumilikdə 7045,19 manat, 22 dekabr 2021-ci il tarixli 337784-OVR-18794 saylı kredit müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə 269,52 manat məbləğində əsas, 45,68 manat məbləğində faiz, 55,45 manat olmaqla, ümumilikdə 370,65 manat borc, 94,16 manat ödənilmiş dövlət rusumu alınıb Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar