Məhkəmə qərarları › İş №e-2(026)-53/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-53/2024

04.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-53/2024 04.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və nümayəndəsi X5, Cavabdeh Sovdagar oğlunun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı azyaşlı övladları ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Cavabdeh faktiki istifadəsində və sahibliyində olan yaşayış sahəsindən istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı azyaşlı övladları ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 1A massivində yerləşən Cavabdeh Sovdagar oğlunun faktiki istifadəsində və sahibliyində olan yaşayış sahəsindən istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə vermiş, ərizədə İddiaçı Cavabdeh qarşı azyaşlı övladları ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 1A massivində yerləşən Cavabdeh faktiki istifadəsində və sahibliyində olan yaşayış sahəsindən istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə faktiki olaraq 2006-cı ilin avqust ayında nikaha girərək ailə qurmuş nikahlarını isə 2011-ci ildə rəsmilşdirmişlər. Gəlin olaraq Qobustan rayonu Ərəbqədim kəndinə köçmüşdür. Birgə nikahlarından 14 fevral 2009-cu ildə Elmar və 31 yanvar 2011-ci ildə isə Bağçagül adlı övladları anadan olmuşdur. 2011-ci ildə Elmanın işi ilə əlaqədar Qaradağ rayonu Qobustan qəsəbəsinə köçmüşlər. Həmin vaxtı ilk əvvəl bir otaqlı ev tikərək yaşamağa başlamışlar. Sonra isə həmin evi sökərək yerində çoxotaqlı ev tikmişlər. Həmin evin sənədi olmasa belə cavabdehin faktiki sahibliyindədir. Aralarında münasibətlər korlandıqdan sonra Elman onu evdən qovlamışdır. Hal-hazırda faktiki olaraq yaşamağa evi və yeri yoxdur. Övladları ilə birlikdə müxtəlif ünvanlarda, qohum əqrəba yanında qalır. Cavabdehlə birgə nikah zamanı tikdikləri evə övladları ilə qayıdıb orada yaşamaqda davam etmişdir. Lakin cavabdeh buna imkan vermir. Cavabdehlə birgə nikah zamanı həmin birgə tikdirdikləri evdə yaşadığı üçün onun yaşamaq hüququ əmələ gəlmişdir. Ona görə də azyaşlı övladları ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 1A massivində yerləşən Cavabdeh faktiki istifadəsində və sahibliyində olan yaşayış sahəsindən istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və nümayəndəsi X8 iddianı müdafiə edərək İddiaçı azyaşlı övladları ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Cavabdeh faktiki istifadəsində və sahibliyində olan yaşayış sahəsindən istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı tələb etdiyi ev Ədalət Atakişiyevə məxsusdur, onun adınadır, Cavabdeh adına heç bir torpaq sahəsi və ev yoxdur. İddiaçı gəlin gələrkən X16 rayonunun Ərəbqədim kəndindəki evinə gəlin gəlmişdir. İddia olunan ev isə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşir və Ədalətin vəsaiti hesabına tikilmişdir. İddia qanunsuz və əsassızdır. Ona görə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. X2 ifadə verərək göstərdi ki, Elnurəni ailəvi dost kimi uzun müddətdir ki, tanıyır. Elnurə və Elmanın yaşadıqları Qobustan qəsəbəsindəki 1 otaqlı evlərində də olmuşdur. Sonradan 3 otaq 1 mətbəxdən ibarət yeni ev tikdirmişlər. Həmin evi Elman və Elnurənin evi kimi tanıyır. Həyətdə Elmanın qardaşının evi olduğunu bilir və görüb, lakin Ədalətin evinin olduğunu bilmir. X7 ifadə verərək göstərdi ki, İddiaçı onun baldızıdır. Elnurə ona zəng vuraraq Ələt qəsəbəsində onlar üçün ev tikməsini xahiş etmiş, o da ili dəqiq yadında olmasa da, 2017- 2018-ci illərdə Ələt qəsəbəsinə gedərək Elnurə və Elman üçün mişar daşından 4 otaqdan ibarət ev tikmişdir. Evin tikilməsini və necə tikilməsini Elman göstərmişdir və zəhmət haqqı kimi 1000 manat pul verilmişdir. Həmin evi Elmanın qardaşı Telmanın həyətində tikmişdir. Bundan başqa Telmanın da evində bərpa işləri görmüş və Telman gördüyü işlərin pulunu ona vermişdir. Həmin vaxtı Ədaləti görməmişdir. X6 ifadəsində göstərdi ki, İddiaçı 2006-cı ildə Qobustan rayonunun Ərəbqədim kəndinə gəlin getmiş, sonradan Elmanın işi ilə əlaqədar Qaradağ rayonunun Qobustan qəsəbəsinə köçmüşlər. Elnurə və Elman ev tikdirərkən evi tikən usta Valik olmuşdur, Elnurə isə bəzi işlərdə fəhləlik etmişdir. Eşitdiyinə görə evin tikilməsinə görə zəhmət haqqını Elman vermişdir. Telmanın evi ilə Elmanın evi arasında 100 metr məsafə var. Elnurə ona Elmandan ayrılmasının səbəbi kimi qayınanasının onu yola vermədiyini demişdir. X10 ifadə verərək göstərdi ki, mübahisə olunan evi onun əmisi oğlu Ədalət Atakişiyevə məxsusdur. Cavabdeh də onun əmisi oğludur. Ədalət evi Elmana müvəqqəti yaşamaq üçün vermiş və Elmanı da Sahil qəsəbəsində sexdə işlətmişdir. İddiaçı Elmana xəyanət etmişdir, həmin vaxtı məsələni biləndə o gedib onları sakitləşdirmişdir. Lakin sonradan Elnurə görüşdüyü adamla Xaçmaz rayonuna qaçmışdır. Həmin ev 2015-ci ildə tikilməyə başlamışdır, evin tikintisini Elmanın bacanağı Valik tikmişdir, lakin tikinti materiallarının və zəhmət haqqının pulunu Ədalət vermişdir. X3 ifadə verərək göstərdi ki, Elnurə onun qardaşı Elmanın arvadı olub, Elnurə evə başqa kişi gətirmişdir və həmin adamı o da görmüşdür. Elnurə 7-8 aydır ki, evdən qaçıb gedib. İddia edilən ev Ədalət Atakişiyevə məxsusdur, Elman ailəsi ilə həmin evdə yaşamışdır. Həmin ev onun evi ilə qonşudur. Evi Elmanın bacanağı Valik tikmişdir, tikintinin pulunu isə Ədalət onun və qardaşı Elmanın vasitəsi ilə vermişdir. X4 ifadə verərək göstərdi ki, mübahisəli ev Ədalət Atakişiyevə məxsusdur, evin tikildiyi torpaq sahəsini Ədalət 1995-ci ildə icra hakimiyyətindən alıb və həmin torpaq sahəsində 2015-ci ildə ev tikdirməyə başlayıb. Bütün xərvcləri Ədalət özü ödəyib. Elman və Elnurə evdə müvəqqəti yaşayıblar. Elman günəmuzd fəhlə işləyib və 15-20 manat pul qazanıb ki, bununla da evin tikilməsi qeyri-mümkündür. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt 1 saylı mediasiya təşkilatının 25 avqust 2023-cü il tarixli MŞS/MT030/2023-01742 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh Sovdagar oğluna qarşı alıment tələbi, yaşayış sahəsindən istifadə hüququnun tanınması və birgə nikah müddətində qazanılmış əmlakların bölünməsi tələbi ilə müraciət etmiş, lakin tərəflər mediasiya təşkilatında razılaşmamışlar, bu səbəbdən də mediasiya prosesini davan etdirmək mümkün olmamışdır. Quba-regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 03 avqust 2023-cü il tarixdə 3/16-5/7-69-299/2023- saylı arayışdan görünür ki, X22 14 fevral 2009-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh Sovdagar oğlu, anası X18r. Quba-regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 03 avqust 2023-cü il tarixdə 3/16-5/7-69-300/2023- saylı arayışdan görünür ki, X12 31 yanvar 211-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X18r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daçınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin **********621 nömrəli, 18 oktyabr 2023-cü il tarixli məktubunda göstərilir ki, X1 adına Qobustan rayonunun Ərəbqədim kəndində JN 0032 nömrəli dövlət aktına əsasən 12,34 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Lakin Cavabdeh adına idarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması haqqında 30 may 1995-ci il tarixli 425 saylı sərəncamından görünür ki, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi 25 saylı evin 24-cü mənzilində yaşayan X15 fərdi yaşayış evinin ikintisi üçün Qobustan qəsəbəsi 1-ci massivində ayrılmış torpaq sahəsindən 600 kv.m ayrılıb verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 oktyabr 2023-cü il tarixdə verdiyi 3-48-2F/2-A-07513/2023 saylı məktubunda göstərilir ki, X19 barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə 30 may 1995-ci il tarixli 425 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqədən ibarətdir. Müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə faktiki olaraq 2006-cı ilin avqust ayında nikaha girərək ailə qurmuş, lakin nikahlarını 2011-ci ildə rəsmilşdirmişlər. Elnurə gəlin gedərkən Qobustan rayonu Ərəbqədim kəndinə köçmüşdür. Birgə nikahlarından 14 fevral 2009-cu ildə Elmar və 31 yanvar 2011-ci ildə Bağçagül adlı övladları anadan olmuşdur. 2011-ci ildə Elmanın işi ilə əlaqədar Qaradağ rayonu Qobustan qəsəbəsinə köçmüşlər. Hazırda İddiaçı ilə Cavabdeh ayrılmışlar. Cavabdeh münasibətlərin yarandığı zaman mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız istifadəsində olmuşdur. Tərəflər arasında notariat qaydada təsdiqlənmiş razışlaşma (müqavilə) da olmamışdır. Həmin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin torpaq sahəsi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması haqqında 30 may 1995-ci il tarixli 425 saylı sərəncamı ilə X15 verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 20l3-cü il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin "həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır" müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən iddia təmin edilməməli və İddiaçı Cavabdeh qarşı azyaşlı övladları ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Cavabdeh faktiki istifadəsində və sahibliyində olan yaşayış sahəsindən istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməli və aralarında olan kəskin ailə münaqişəsinə görə təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı azyaşlı övladları ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Cavabdeh faktiki istifadəsində və sahibliyində olan yaşayış sahəsindən istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar