Məhkəmə qərarları › İş №e-2(026)-531/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-531/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-531/2023 06.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, İddiaçı ASCnin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsi üzrə kreditə görə 1561,53 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 112,81 manat məbləğində faiz borcu və 253,29 manat məbləğində dəbbə borcu,cəmi 1927,63 manat pul və dövlət rüsumu kimi ödənilmiş 39.28 manat məbləğində pulun tutulması, borcun Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd 12,1 qramlıq, 583 əyarlıq (sünbül) formalı qolbaq, 1 ədəd 5,7 qramlıq 583 əyarlı göy qaşlı sırqa, 1 ədəd 4,3 qramlıq 583 əyarlı qırmızı qaşlı üzük, 1 ədəd 3,6 qramlıq (fantaziya) formal tək qaşlı üzük, 1 ədəd 5,1 qramlıq 583 əyarlı nişan üzüyü, 1 ədəd 6,4 qramlıq 750 əyarlı nişan üzüyü, 1 ədəd 5,6 qramlıq 750 əyarlı (fantaziya) formalı nişan üzüyünə əşyalarına yönəldilməsi, həmin əşyaların hərracda satılması, qızıl-zinət əşyalarının satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsi üzrə 1561,53 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 112,81 manat məbləğində faiz borcu və 253,29 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 1927,63 manat borc və 39.28 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Kürdəmir” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023 il tarixli, KRLMB-10579 saylıkredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 26 olmaqla 12 ay müddətinə 2540 manat məbləğində kredit verilmişdir. xx.xx.2023 il tarixli, KRLMB-10579 saylısaylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023 il tarixli, KRLMB- 10579saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1561,53 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 112,81 manat məbləğində faiz borcu və 253,29 manat məbləğində dəbbə borcu, cəmi 1927,63 manat təşkil edir. xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızılzinət əşyaları xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Kürdəmir” filialına saxlanca verilmiş 1 ədəd 12,1 qramlıq, 583 əyarlıq (sünbül) formalı qolbaq, 1 ədəd 5,7 qramlıq 583 əyarlı göy qaşlı sırqa, 1 ədəd 4,3 qramlıq 583 əyarlı qırmızı qaşlı üzük, 1 ədəd 3,6 qramlıq (fantaziya) formal tək qaşlı üzük, 1 ədəd 5,1 qramlıq 583 əyarlı nişan üzüyü, 1 ədəd 6,4 qramlıq 750 əyarlı nişan üzüyü, 1 ədəd 5,6 qramlıq 750 əyarlı (fantaziya) formalı nişan üzükdən ibarətdir. Tərəflər arasında bağlanmış xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməletməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB02/PK-3972 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC –yə xx.xx.2023-cü il tarixinə banka 1927,63 manat borcu vardır. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli KRLMB-10579 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında saxlanc girovu haqqında müqavilə bağlanmışdır. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsi üzrə kreditə görə 1561,53 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 112,81 manat məbləğində faiz borcu və 253,29 manat məbləğində dəbbə borcu, cəmi 1927,63 manat pul və dövlət rüsumu kimi ödənilmiş 39.28 manat məbləğində pulun tutulması Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd 12,1 qramlıq, 583 əyarlıq (sünbül) formalı qolbaq, 1 ədəd 5,7 qramlıq 583 əyarlı göy qaşlı sırqa, 1 ədəd 4,3 qramlıq 583 əyarlı qırmızı qaşlı üzük, 1 ədəd 3,6 qramlıq (fantaziya) formal tək qaşlı üzük, 1 ədəd 5,1 qramlıq 583 əyarlı nişan üzüyü, 1 ədəd 6,4 qramlıq 750 əyarlı nişan üzüyü, 1 ədəd 5,6 qramlıq 750 əyarlı (fantaziya) formalı nişan üzüyünə yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmalı, satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsi üzrə 1561,53 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 112,81 manat məbləğində faiz borcu və 253,29 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 1927,63 manat borc və 39.28 manat ödənilmiş dövlət rüsumu ödənilməli, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmadıqda Cavabdeh digər əmlakına yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsi üzrə kreditə görə 1561,53 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 112,81 manat məbləğində faiz borcu və 253,29 manat məbləğində dəbbə borcu,cəmi 1927,63 manat pul və dövlət rüsumu kimi ödənilmiş 39.28 manat məbləğində pul tutulsun. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd 12,1 qramlıq, 583 əyarlıq (sünbül) formalı qolbaq, 1 ədəd 5,7 qramlıq 583 əyarlı göy qaşlı sırqa, 1 ədəd 4,3 qramlıq 583 əyarlı qırmızı qaşlı üzük, 1 ədəd 3,6 qramlıq (fantaziya) formal tək qaşlı üzük, 1 ədəd 5,1 qramlıq 583 əyarlı nişan üzüyü, 1 ədəd 6,4 qramlıq 750 əyarlı nişan üzüyü, 1 ədəd 5,6 qramlıq 750 əyarlı (fantaziya) formalı nişan üzüyünə yönəldilsin. Həmin əmlaklar hərracda satılsın və qızıl-zinət əşyalarının satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsi üzrə 1561,53 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 112,81 manat məbləğində faiz borcu və 253,29 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 1927,63 manat borc və 39.28 manat ödənilmiş dövlət rüsumu ödənilsin. Girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023 il tarixli, KRLMB-10579 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmadıqda Cavabdeh digər əmlakına yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar