Məhkəmə qərarları › İş №e-2(026)-547/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-547/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-547/2025 22.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ölmüş şəxsin vərəsələrindən kredit borcunun tutulması tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 iddiaçının xeyrinə 02 avqust 2018-ci il tarixli, BPM**********82 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 482,59 manat əsas borc və 5,72 manat faiz borcu olmaqla, cəmi 488,31 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı filialı ilə X6 arasında bağlanmış 02 avqust 2018-ci il tarixli, BPM**********82 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 27 faiz olmaqla 1000 manat məbləğində nağd kredit verilmişdir. X1 19 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Qobustan rayon Notariat ofisinin 14 aprel 2025-ci il tarixli, 73 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 V-2/2025 nömrəli vərəsəlik işi üzrə 06 yanvar 2025-ci il tarixli, reyestrdə 2V-3 və 2V-4 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bankın Şamaxı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X4 02 avqust 2018-ci il tarixli, BPM**********82 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 482,59 manat əsas borc və 5,72 manat faiz borcu olmaqla, cəmi 488,31 manat məbləğində borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 11 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlərin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan "xxxx" ASC ilə borcalan X6 arasında bağlanmış 02 avqust 2018-ci il tarixli, BPM**********82 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 24 ay müddətinə illik 27 faiz ödənilməsi şərtilə 1000 manat məbləğində kredit verilməsini öhdəsinə götürür, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağa öhdəsinə götürür. İşdə surəti olan AZ-İİ 036219 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 19 oktyabr 2019-cu ildə ölmüşdür. İşdə surəti olan reyestrdə 2V-3 nömrəsi ilə qeyd edilmiş 06 yanvar 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 19 oktyabr 2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 qızıdır və onların hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 08 mart 2023-cü il tarixdə X5 verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2,8501 ha olan torpaq sahəsindəki ümumi birgə paydan ibarətdir. İşdə surəti olan reyestrdə 2V-4 nömrəsi ilə qeyd edilmiş 06 yanvar 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 19 oktyabr 2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 qızıdır və onların hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 08 mart 2023-cü il tarixdə X5 verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3,8399 ha olan torpaq sahəsindəki ümumi birgə paydan ibarətdir. İşdə surəti olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X4 02 avqust 2018-ci il tarixli kredit müqaviləsi üzrə 08 avqust 2025-ci il tarixinə olan borcu aşağıdakı kimidir: ödənilməmiş əsas borc 482,59 manat, vəfat etdiyi tarixə faiz borcu 5,72 manat, borc üzrə cəmi məbləğ 488,31 manat. İşdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərə 19 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 11 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə kreditor olan iddiaçı ilə X8 arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər borcalan tərəfindən lazımi qaydada icra olunmamış, onun müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. X8 kredit ödənişlərini ödəyib bitirənədək 19 oktyabr 2019-cu ildə vəfat etmiş, ondan miras qalan əmlaka dair vərəsəlik işi açılaraq 2V-3 və 2V-4 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr üzrə vərəsə kimi (qanun üzrə) cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 qızı tanınmış, onlar ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 08 mart 2023-cü il tarixdə X5 verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2,8501 ha olan torpaq sahəsindəki ümumi birgə payı və ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 08 mart 2023-cü il tarixdə X5 verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3,8399 ha olan torpaq sahəsindəki ümumi birgə payı mərhum Tamam İsrafilovadan miras qalmış əmlak kimi qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən müddəalar onu göstərir ki, cavabdehlər mərhum analarından miras qalmış əmlakı qəbul etdiklərindən və bununla bağlı onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyindən, onlar mərhum analarının öhdəliklərinə görə onun kreditoru qarşısında birgə məsuliyyət daşıyırlar. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının mərhum Tamam İsrafilovaya 1000 manat məbləğində kredit verməsi, mərhum borcalanın iddiaçıya ödənilməmiş 482,59 manat əsas və vəfat etdiyi tarixə 5,72 manat faiz borcunun qalması, mərhum Tamam İsrafilovadan miras qalmış əmlakı qanun üzrə vərəsə kimi cavabdehlərin qəbul etməsi, bu səbəblə də cavabdehlərin mərhumun öhdəliklərinə görə məsuliyyət daşımalı olması öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməli, 02 avqust 2018-ci il tarixli, BPM**********82 nömrəli kredit müqaviləsi üzrə 482,59 manat məbləğində əsas borc, 5,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 488,31 manat məbləğində kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02 avqust 2018-ci il tarixli, BPM**********82 nömrəli kredit müqaviləsi üzrə 482,59 manat məbləğində əsas borc, 5,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 488,31 manat məbləğində kredit borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar