Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-55/2023 14.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının mərhum X1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına 05 avqust 2013-cü il tarixdən 05 fevral 2016-cı il tarixinədək 749 saylı kredit müqaviləsi üzrə olan 1,450 manat əsas borcun, 191,55 manat faiz borcunun, cəmi 1,641,55 manat borcu, 25 fevral 2015-ci il tarixdən 05 fevral 2016-cı il tarixinədək 882 saylı kredit müqaviləsi üzrə 10,000,0 manat əsas borcun, 251,66 manat faiz borcunun, cəmi 10,251,66 manat borcu, hər iki müqavilə üzrə ümumilikdə borc 11,893,21 manat borc məbləğinin varisi cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 tutulması, borc tələbinin ipoteka qoyulmuş mərhum X1 varisi olan Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 məxsus Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinə 0,19 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 11,893,21 manat borcun və 125,68 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı mərhum X1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına 05 avqust 2013-cü il tarixdən 05 fevral 2016-cı il tarixinədək 749 saylı kredit müqaviləsi üzrə olan 1,450 manat əsas borcun, 191,55 manat faiz borcunun, cəmi 1,641,55 manat borcu, 25 fevral 2015-ci il tarixdən 05 fevral 2016-cı il tarixinədək 882 saylı kredit müqaviləsi üzrə 10,000,0 manat əsas borcun, 251,66 manat faiz borcunun, cəmi 10,251,66 manat borcu, hər iki müqavilə üzrə ümumilikdə borc 11,893,21 manat borc məbləğinin varisi cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 tutulması, borc tələbinin ipoteka qoyulmuş mərhum X1 varisi olan Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1və Cavabdeh6 məxsus Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinə 0,19 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 11,893,21 manat borcun və 125,68 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh6 cavabdeh qismindən çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə X3 arasında bağlanmış 05 avqust 2013-cü il tarixli 749 saylı kredit müqaviləsinə əsasən X2 heyvandarlığın inkişafı məqsədi ilə illik 21%-lə 30 ay müddətinə 5,000 manat, 25 avqust 2015-ci il tarixli 882 saylı kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik 6%-lə 36 ay müddətinə 10, 000 manat, cəmi 15,000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqavilələr üzrə öhdəliklərin icrasının təminatı kimi mərhum X2 məxsus Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evi 0,19 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə ipoteka qoyan arasında 05 avqust 2013-cü il tarixli 749 saylı və 26 avqust 2015-ci il tarixli 882 saylı il tarixli ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqavilələri notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Şamaxı filialının girovları kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh X3 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Qobustan rayon İcra Hakimiyyəti Başçısının Ərəbşalbaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 fevral 2018ci il tarixli 90 saylı arayışına əsasən Qobustan rayonu, Ərəbşalbaş kənd sakinləri Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 X3 vəfat etdikdən sonra varisi olmuşdur. Cavabdeh4 01 fevral 2018-ci il tarixə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı 05 avqust 2013-cü il tarixdən 05 fevral 2016-cı il tarixinədək 749 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.450 manat, faiz borcu 191.55 manat, cəmi borcu 1.641,55 manat, 25 avqust 2015-ci il tarixdən il tarixdən 05 fevral 2016-cı il tarixinədək 882 saylı kredit müqaviləsi üzrə əsas borcu 10.000 manat, faiz borcu 251.66 manat, cəmi borcu 10.251.66 manat, hər iki müqavilə üzrə ümumilikdə borc 11.893.21 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Ona görə də mərhum X1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına 05 avqust 2013-cü il tarixdən 05 fevral 2016-cı il tarixinədək 749 saylı kredit müqaviləsi üzrə olan 1.450 manat əsas borcun, 191.55 manat faiz borcunun, cəmi 1.641,55 manat borcu, 25 fevral 2015-ci il tarixdən 05 fevral 2016-cı il tarixinədək 882 saylı kredit müqaviləsi üzrə 10.000.0 manat əsas borcun, 251.66 manat faiz borcunun, cəmi 10.251,66 manat borcu, hər iki müqavilə üzrə ümumilikdə borc 11.893.21 manat borc məbləğinin varisi cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulması, borc tələbinin ipoteka qoyulmuş mərhum X1 varisi olan Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məxsus Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinə 0,19 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 11,893,21 manat borcun və 125,68 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 izahat verərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə atası X3 arasında bağlanmış 05 avqust 2013-cü il tarixli 749 saylı kredit müqaviləsinə əsasən atası X2 heyvandarlığın inkişafı məqsədi ilə illik 21%-lə 30 ay müddətinə 5.000 manat, 25 avqust 2015-ci il tarixli 882 saylı kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik 6%-lə 36 ay müddətinə 10000 manat, cəmi 15.000 manat məbləğində kredit verilmişdir. Atası vəfat etmişdir. Maddi imkanları olmadığına görə banka olan borcu ödəməmişlər. Evin ipoteka qoyulmasına razıdır. Hazırda qardaşları ilə razılığa gəlmişlər. Banka olan borcu hissəhissə ödəyəcəklər. Cavabdeh1 izahat verərək göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə atası X3 arasında bağlanmış müqavilələrə əsasən bank tərəfindən atası Şökət İsmiyevə cəmi 15000 manat məbləğində kredit verilmişdir. Atası vəfat etdiyinə görə banka olan borcu ödəməmişlər. Evin ipoteka qoyulmasına razıdır. Qardaşları və anası ilə birlikdə atasının varisi elan olunmuşdur. Banka olan borcu hissə-hissə ödəyəcəklər. Cavabdeh3 izahat verərək göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə atası X3 arasında bağlanmış müqavilələrə əsasən bank tərəfindən atası Şökət İsmiyevə cəmi 15000 manat məbləğində kredit verilmişdir. Atası vəfat etdiyinə görə banka olan borcu ödəməmişlər. Evin ipoteka qoyulmasına razıdır. Qardaşları və anası ilə birlikdə atasının varisi elan olunmuşdur. Banka olan borcu hissə-hissə ödəyəcəklər İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, o məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bakı filialı ilə X3 arasında bağlanmış 05 avqust 2013-cü il tarixli 749 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X2 heyvandarlığın inkişafı məqsədi ilə illik 21%-lə 30 ay müddətinə 5.000 manat kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bakı filialı ilə X3 arasında bağlanmış 25 avqust 2015-ci il tarixli 882 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X2 heyvandarlığın inkişafı məqsədi ilə illik 6%-lə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bakı filialı ilə X3 arasında bağlanmış 05 avqust 2013-cü il tarixli 749 saylı və 26 avqust 2015-ci il tarixli 882 saylı il tarixli ipoteka müqavilələrindən görünür ki, qeyd olan kredit müqavilələr üzrə öhdəliklərin icrasının təminatı kimi X2 məxsus Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evi 0,19 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 18000 manat məbləğində müəyyən edilmişdir. 14 saylı Ərazi idarəsinin verdiyi RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilir ki, Qobustan rayonunun Ərəbşalbaş kəndində yerləşən X2 məxsus olan fərdi yaşayış evi 0,19 ha torpaq sahəsi ilə birlikdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışda göstərilir ki, Qobustan rayonunun Ərəbşalbaş kəndində X1 mülkiyyətində olan 0,19 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 58,4 m2 yaşayış, 28,4 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 131 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının 18 avqust 2017-ci il tarixli 393 saylı bildirişində göstərilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Qobustan rayon İHB-nın Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 fevral 2016-cı il tarixdə verdiyi AZ-İ 758820 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 23 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə X3 arasında bağlanmış 05 avqust 2013-cü il tarixli 749 saylı kredit müqaviləsinə əsasən X2 heyvandarlığın inkişafı məqsədi ilə illik 21%-lə 30 ay müddətinə 5.000 manat, 25 avqust 2015-ci il tarixli 882 saylı kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik 6%-lə 36 ay müddətinə 10.000 manat, cəmi 15.000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqavilələr üzrə öhdəliklərin icrasının təminatı kimi mərhum X2 məxsus Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evi 0,19 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə ipoteka qoyan arasında 05 avqust 2013-cü il tarixli 749 saylı və 26 avqust 2015-ci il tarixli 882 saylı il tarixli ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqavilələri notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Şamaxı filialının girovları kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Ərəbşalbaş kənd sakinləri Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 X3 vəfat etdikdən sonra varisi olmuşdur. Cavabdeh4 01 fevral 2018-ci il tarixə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı 05 avqust 2013-cü il tarixdən 05 fevral 2016-cı il tarixinədək 749 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.450 manat, faiz borcu 191.55 manat, cəmi borcu 1.641.55 manat, 25 avqust 2015-ci il tarixdən 05 fevral 2016-cı il tarixinədək 882 saylı kredit müqaviləsi üzrə əsas borcu 10.000 manat, faiz borcu 251.66 manat, cəmi borcu 10.251,66 manat, hər iki müqavilə üzrə ümumilikdə borc 11.893,21 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhum X1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına 05 avqust 2013-cü il tarixdən 05 fevral 2016-cı il tarixinədək 749 saylı kredit müqaviləsi üzrə olan 1,450 manat əsas borcun, 191,55 manat faiz borcunun, cəmi 1,641,55 manat borcu, 25 fevral 2015-ci il tarixdən 05 fevral 2016-cı il tarixinədək 882 saylı kredit müqaviləsi üzrə 10,000,0 manat əsas borcun, 251,66 manat faiz borcunun, cəmi 10,251,66 manat borcu, hər iki müqavilə üzrə ümumilikdə borc 11,893,21 manat borc məbləğinin varisi cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulmalı, borc tələbinin ipoteka qoyulmuş, Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən mərhum X1 varisləri olan Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məxsus fərdi yaşayış evinə 0,19 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 11,893,21 manat borc və 125,68 manat dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 05 avqust 2013-cü il tarixdən 05 fevral 2016-cı il tarixinədək 749 saylı kredit müqaviləsi üzrə olan 1,450 manat əsas və 191,55 manat faiz borcu olmaqla, cəmi 1641,55 manat borc, 25 fevral 2015-ci il tarixdən 05 fevral 2016-cı il tarixinədək 882 saylı kredit müqaviləsi üzrə 10,000 manat əsas və 251,66 manat faiz borcu olmaqla, cəmi 10251,66 manat borc, hər iki müqavilə üzrə ümumilikdə 11893,21 manat borc məbləğinin varisiləri cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Tələbin ipoteka predmetləri olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən X1 mülkiyyətində olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,19 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmeti olan əmlak hərracda satılsın və satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 05 avqust 2013-cü il tarixdən 05 fevral 2016-cı il tarixinədək 749 saylı kredit müqaviləsi üzrə olan 1,450 manat əsas və 191,55 manat faiz borcu olmaqla, cəmi 1641,55 manat borc, 25 fevral 2015-ci il tarixdən 05 fevral 2016-cı il tarixinədək 882 saylı kredit müqaviləsi üzrə 10,000 manat əsas və 251,66 manat faiz borcu olmaqla, cəmi 10251,66 manat borc, hər iki müqavilə üzrə ümumilikdə 11893,21 manat borc məbləğ və ödənilmiş 125,68 manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-55/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-55/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver