Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-595/2023 20.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yöndəldilməsi və həmin əmlakın hərracda satılmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 15 dekabr 2020-ci il tarixli 46 saylı kredit müqaviləsi üzrə əsas borc 3897,45 manat, faiz borcu 2,91 manat olmaqla, cəmi 3900,36 manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin Qobustan rayonu, Xilmilli kəndində yerləşən, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan 0,167 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 15000,00 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan kredit borcunun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə olan borc tam ödənildiyini göstərərək mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 15 dekabr 2020-ci il tarixli 46 saylı kredit müqaviləsi üzrə əsas borc 3897,45 manat, faiz borcu 2,91 manat olmaqla, cəmi 3900,36 manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin Qobustan rayonu, Xilmilli kəndində yerləşən, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan 0,167 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 15000,00 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan kredit borcunun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbinə dair mülki iş üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-595/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-595/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver