Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-63/2023 27.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh2 ilə bank arasında bağlanmış 13 aprel 2021-ci il tarixli və 13 yanvar 2022-ci il tarixli müqavilələrin (ərizələrin) ləğv edilməsi, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 5196,81 manat məbləğində kredit bоrcu, 470,62 manat məbləğində faiz bоrcu və 182,93 manat məbləğində cərimə olmaqla, cəmi 5850,36 manat məbləğində bоrcun, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10117,51 manat məbləğində kredit bоrcu, 714,07 manat məbləğində faiz bоrcu və 254,96 manat məbləğində cərimə olmaqla, cəmi 11086,54 manat məbləğində bоrcun və ödənilmiş 140,81 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh2 ilə bank arasında bağlanmış 13 aprel 2021-ci il tarixli və 13 yanvar 2022-ci il tarixli müqavilələrin (ərizələrin) ləğv edilməsi, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 5196,81 manat məbləğində kredit bоrcu, 470,62 manat məbləğində faiz bоrcu və 182,93 manat məbləğində cərimə olmaqla, cəmi 5850,36 manat məbləğində bоrcun, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10117,51 manat məbləğində kredit bоrcu, 714,07 manat məbləğində faiz bоrcu və 254,96 manat məbləğində cərimə olmaqla, cəmi 11086,54 manat məbləğində bоrcun və ödənilmiş 140,81 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 13 yanvar 2022-cil tarixli ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh2 36 ay müddətinə, aylıq 1.4167% olmaqla, 5700 manat kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün 13 iyun 2022-ci tarixdən kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 503,19 manat ödəniş etmiş və cavabdehin banka 5196,81 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Cavabdehin 06 dekabr 2022ci il tarixə 176 gün üçün hesablanmış faiz borcu 470,62 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 06 dekabr 2022-ci il tarixə 176 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 182,93 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 13 aprel 2021-cil tarixli ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh2 36 ay müddətinə, aylıq 1.5% olmaqla, 15000 (on beş min) manat kredit verilmişdir. Cavabdeh dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün 13 iyul 2022-ci tarixdən kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4882,49 manat ödəniş etmiş və cavabdehin banka 10117,51 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Cavabdehin 06 dekabr 2022-ci il tarixə 146 gün üçün hesablanmış faiz borcu 714,07 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 06 dekabr 2022-ci il tarixə 146 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 254,96 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən yayınmışdır. Ona görə də Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 13 aprel 2021-ci il tarixli və 13 yanvar 2022-ci il tarixli müqavilələrin (ərizələrin) ləğv edilməsi, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 5196,81 manat məbləğində kredit bоrcu, 470,62 manat məbləğində faiz bоrcu və 182,93 manat məbləğində cərimə olmaqla, cəmi 5850,36 manat məbləğində bоrcun, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10117,51 manat məbləğində kredit bоrcu, 714,07 manat məbləğində faiz bоrcu və 254,96 manat məbləğində cərimə olmaqla, cəmi 11086,54 manat məbləğində bоrcun və ödənilmiş 140,81 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iş üzrə iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin i ləblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığnı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2022-cil tarixli ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh2 36 ay müddətinə, aylıq 1.4167% olmaqla, 5700 manat kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün 13 iyun 2022-ci tarixdən kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 503,19 manat ödəniş etmiş və cavabdehin banka 5196,81 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Cavabdehin 06 dekabr 2022-ci il tarixə 176 gün üçün hesablanmış faiz borcu 470,62 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 06 dekabr 2022-ci il tarixə 176 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 182,93 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 13 aprel 2021-cil tarixli ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh2 36 ay müddətinə, aylıq 1.5% olmaqla, 15000 (on beş min) manat kredit verilmişdir. Cavabdeh dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün 13 iyul 2022-ci tarixdən kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4882,49 manat ödəniş etmiş və cavabdehin banka 10117,51 manat məbləğində kredit bоrcu qalmışdır. Cavabdehin 06 dekabr 2022-ci il tarixə 146 gün üçün hesablanmış faiz borcu 714,07 manat təşkil edir. 06 dekabr 2022-ci il tarixə 146 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 254,96 manat təşkil edir. 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən yayınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2022-cil tarixli ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmiş ərizəyə əsasən Cavabdeh2 36 ay müddətinə, aylıq 1.4167% olmaqla, 5700 manat kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2021-cil tarixli ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh2 36 ay müddətinə, aylıq 1.5% olmaqla, 15000 (on beş min) manat kredit verilmişdir. Cavabdeh dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün 13 iyul 2022-ci tarixdən kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı QSC-in 22 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 13 aprel 2021-ci il tarixli 004A********** saylı kredit razılaşması üzrə banka 10117,51 manat əsas, 714,07 manat faiz və 254,96 manat cərimə borcu vardır. İddiaçı QSC-in 22 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 13 yanvar 2022-ci il tarixli 004A********** saylı kredit razılaşması üzrə banka 5196,81 manat əsas, 470,62 manat faiz və 182,93 manat cərimə borcu vardır. İş materiallarına əlavə olunmuş 21 noyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə v ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli və 13 yanvar 2022-ci il tarixli müqavilələr (ərizələr) ləğv edilməli, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 5196,81 manat məbləğində kredit bоrcu, 470,62 manat məbləğində faiz bоrcu və 182,93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5850,36 manat məbləğində bоrc, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10117,51 manat məbləğində kredit bоrcu, 714,07 manat məbləğində faiz bоrcu və 254,96 manat məbləğində cərimə olmaqla, cəmi 11086,54 manat məbləğində bоrc və ödənilmiş 140,81 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli və 13 yanvar 2022-ci il tarixli müqavilələr (ərizələr) ləğv edilsin. Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 5196,81 manat məbləğində kredit bоrcu, 470,62 manat məbləğində faiz bоrcu və 182,93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5850,36 manat məbləğində bоrc və Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10117,51 manat məbləğində kredit bоrcu, 714,07 manat məbləğində faiz bоrcu, 254,96 manat məbləğində cərimə olmaqla, cəmi 11086,54 manat məbləğində bоrc və ödənilmiş 140,81 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-63/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-63/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver