Məhkəmə qərarları › İş №e-2(026)-82/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-82/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-82/2023 05.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 151.269 manat əsas, 248,900 manat faiz və 691 manat dövlət rusumu olmaqla, cəmi 400.169,50 manat pulun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 3 otaqlı 40 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 151.269 manat əsas, 248,900 manat faiz və 691 manat dövlət rusumu olmaqla, cəmi 400.169,50 manat pulun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 3 otaqlı 40 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 iddianı müdafiə edərək izahatında göstərdi ki, “Zaminbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmş 24 noyabr 2009-cu il tarixli 103 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 154.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda Cavabdeh məxsus 3 otaqlı 40 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bankla Cavabdeh arasında 24 noyabr 2009-cu il tarixli 103/1 saylı ipoteka müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır.Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********613 saylı 26 dekabr 2022-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka ödənilməsini təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 24 noyabr 2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 400.169,50 manat təşkil edir. Bundan 151.269 manat əsas, 248,900 manat 50 qəpik faiz borcu təşkil edir. “ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin saxlanılması üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi bank tərəfindən “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Vəkilin E. Rəcəbovun banka borcu olmaması barədə İddiaçı ASC-nin İH-nin sədrinin 24 iyul 2013-cü il tarixli 11/K-369 nömrəli arayışına və bank tərəfindən Cavabdeh verilmiş 154.000 manat kreditin kassa məxaric orderinin olmamasına istinad etməsi düzgün deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qeyd edilən arayışın saxta olmasına və bankın kassa mühasibat sənədlərinin 2015-ci ildə yandırılması faktına görə xüsusi qərardad çıxararaq Respublika Baş Prokurorluğuna göndərilmiş və həmin fakta görə hazırda istintaq davam etdirilir. Azərbaycan Respublikası Mərkəzi Bankı “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”na görə İdarə Heyətinin verdiyi arayış rəsmi bank sənədi olmadığına görə ona istinad edilməsi düzgün deyildir. Cavabdehin banka borcu olmaması barədə ödəniş və kassa sənədləri yoxdur, yandırılmışdır. Cavabdeh 151.269 manat əsas, 248,900 manat faiz və 691 manat dövlət rusumu olmaqla, cəmi 400.169,50 manat pulun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 3 otaqlı 40 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, iddiaçı-Ləğv prosesində olan "Zaminbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehə qarşı "kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə" iddia tələbini qəbul etmir. İddia tələbi tamamilə əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, Cavabdeh 2009-cu ilin axırlarında "xxxx" kooperativi tərəfindən ünvan 2 ünvanında inşa edilən yeni yaşayış binasından hər kvadrat metri üçün 1100 (min yüz) manat ödəməklə 3 otaqlı sahəsi 140 kv. metr olan dəyəri 154.000 manat təşkil edən 40 nömrəli mənzili almaq barədə "xxxx" Kooperativi ilə razılaşmış və xx.xx.2009-cu il tarixli "Kooperativ binada mənzil tikintisi üçün Müqavilə" bağlanmışdır. Həmin tikilidən aldığı 40 nömrəli mənzil "Zaminbank” ASC tərəfindən ipoteka krediti ilə təmin edilmiş və bankla kooperativin rəhbərliyi cavabdehə bildirmişlər ki, yeni tikilən binada cavabdehə ayrılan 3 otaqlı sahəsi 140 kv.metr olan 40 nömrəli mənzilin ümumi dəyəri 154.000 manat təşkil edir və tikilinin pulu ''Zaminbank” ASC tərəfindən ödənilir və müqaviləyə əsasən mənzil üçün hər ay ən azı 2000 manat pulu "xxxx" Kooperativinin xx.xx.2009-cu il tarixli "Kooperativ binada mənzil tikintisi üçün Müqavilə" yə əsasən '”Zaminbank” ASC-də **********0000 nömrəli hesaba köçürmüşdür. Həmin müqaviləyə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ümumilikdə 25.812 manat pulu "xxxx" Kooperativinin "xxxx" ASC-də olan bank hesabına ödəmişdir. Sonradan imkanı olmadığından mənzil haqqını ödəmək imkanı olmadı və bunu bank rəhbərliyinə bildirmişdir. "Zaminbank” ASC və "xxxx" Kooperativinin rəhbərliyi cavabdehə bildiriblər ki, ödədiyi 25.812 manat pulu müqavilənin şərtinə əsasən mənzili başqa şəxsə satandan sonra ona qaytarılacaqdır.Ona görə də E. Rəcəbova "xxxx" ASC-nin X11 Z.B.Quliyevanın imza və möhürü ilə təsdiq edilmiş 24 iyul 2013-cü il tarixli 11/K-369 nömrəli arayış verildi və həmin arayışda göstərildi ki, Cavabdeh "xxxx" ASC-də bankda **********24420000 saylı hesabı vardır və onun xx.xx.2013-cü il tarixinə banka heç bir borcu yoxdur. Sonradan "xxxx" Kooperativinə və "xxxx" ASC-yə ödədiyim 25.812 manat pulun qaytarılması barədə müraciət etmiş və ona məlum olmuşdur ki, mənzil başqa şəxsə satilmışdır."xxxx" Kooperativi və "xxxx" ASC-yə ödənilmiş 25.812 manat pulu geri qaytarmadıqlarından "xxxx" Kooperativinə və "xxxx" ASC-yə qarşı 25.812 manat pulun tələbi barədə Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanıldı. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edildi ki, "xxxx" ASC (Kreditor) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli 103 nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana ünvan 3 ünvanında yerləşən 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə,illik 15% ödəmək şərti ilə 154.000 manat məbləğində kredit verilmişdir.Borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsi bağlanmışdır."xxxx" firması (icraçı) ilə Cavabdeh (Payçı) arasında bağlanmış 24 noyabr 2009-cu il tarixli "Kooperativ binada mənzil tikintisi üçün müqavilə"yə əsasən icraçı ünvan 4 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzili almaq barədə "xxxx" Kooperativi ilə razılaşmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07 may 2019-cu il tarixli 2(102) -2549/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 18 dekabr 2018ci il tarixli qətnaməsi məhkəmə aidiyyətinin pozulması əsası ilə ləğv edilərək yeni apelyasiya baxışına qaytarıldı və eyni zamanda qəbul edilmiş qərarla yanaşı "xxxx" ASC və "xxxx" firmasının (indiki Meridian-M" MMC) vəzifəli şəxsləri barəsində xüsusi qərardad qəbul edilərək araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildi. Bakı Apelyasiya Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(103)-9354/2019 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərildi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(011)-7713/2019-cu il tarixli qətnaməsi ilə hazırkı cavabdehin iddia tələbi təmin edildi. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2021-ci il tarixli,2(103)-12310/ 2018 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(011)-7713 /2019-cu il tarixli qətnaməsi ləğv edilərək Cavabdeh iddia tələbi rədd edildi. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 05 aprel 2022ci il tarixli 2(102)-1430/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2021-ci il tarixli, 2(103)-12310/2018 saylı qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarıldı. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 21 iyun 2022-ci il tarixli,2(103)-4360/2022 saylı qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(011)-7713/ 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanıldı. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 28 noyabr 2022-ci il tarixli 2(102)- 5519/2022 saylı sonuncu qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 21 iyun 2022-ci il tarix li,2(103)-4360/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanıldı. Nizami rayon məhkəməsində işə baxılarkən Ləğv prosesində olan "Zaminbank” ASC-nin səlahiyyətli nümayəndəsi X5 məhkəməyə izahatında göstərdi ki, Cavabdeh 25 dekabr 2009-cu il tarixdən 06 fevral 2012-ci il tarixədək olan müddətdə ipoteka krediti üçün bank vasitəsilə 25.812 manat məbləğində pul ödəmişdir. "xxxx" ASC-nin təqdim etdiyi 24 iyul 2013-cü il tarixli ll/K-369 nömrəli arayışa əsasən Cavabdeh xx.xx.2013-cü il tarixə banka heç bir borcu yoxdur. Digər məsələlərlə bağlı kooperativlə iddiaçı arasında hansısa mübahisənin olmasının bankla bağlılığı yoxdur. İddianın banka münasibətdə rədd edilməsini məhkəmədən xahiş edir. Nizami rayon məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin MK-da Ləğv prosesində olan "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X2 göstərmişdir ki, iddiaçı Cavabdeh nağd kredit verilməsini təsdiq edən kassa-məxaric orderi yoxdur, arxiv sənədləri yandırılmısdır. Onlara münasibətdə həmin iddiaya baxıla bilməz, çünki bank ləğvetmə prosesindədir. İddiaçı banka pul ödəmişdirsə, həmin məbləğ bankda saxlanmamış, kreditin təyinatı üzrə yəni mənzilin tikintisinə yönəldilmişdir. Bundan başqa, iddiaçı-Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehə qarşı "Kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə" iddia tələbini tamamilə əsassız və qanunsuz hesab edir ona "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.2ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır, ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respüblikasının Qanununa uyğun olaraq həyata keçirilir. İddia tələbində daha sonra qeyd edilir ki, guya kredit borcunun ödənilməməsinə görə dəfələrlə ona şifahi və yazılı surətdə xəbərdarlıq edilmiş, lakin onun tərəfindən kredit borcu ödənilməmişdir. Qeyd etmək istəyirəm ki, ona kredit borcu ilə bağlı 2013-cü ildən bəri heç bir xəbərdarlıq edilməmiş, yalnız xx.xx.2023cü il tarixdə onun ünvanına yazılı xəbərdarlıq gəlmiş və o dərhal iddiaçı tərəfə bununla bağlı ətraflı etiraz və izah yazıb təqdim etmişdir. Digər tərəfdən "xxxx" ASC və "xxxx" Kooperativinə qarşı ipoteka krediti üçün bank vasitəsilə ödədiyi 25.812 manat pulun tələb edilməsi barədə iddia qaldırarkən onun iddia tələbi ilə bağlı hal-hazırda məhkəməyə verdikləri iddia tələbi ilə əlaqədar qarşılıqlı iddia tələbi irəli sürməmişlər. İddiaçı tərəfin məhkəmədə iştirak edən səlahiyyətli nümayəndələri öz izahatlarında birbaşa göstərdilər ki, iddiaçı Cavabdeh nağd kredit verilməsini təsdiq edən kassa-məxaric orderi yoxdur. Arxiv sənədləri yandırılmışdır. Onlara münasibətdə həmin iddiaya baxıla bilməz,çünki bank ləğvetmə prosesindədir. İddiaçı banka pul ödəmişdirsə həmin məbləğ bankda saxlanmamış, kreditin təyinatı üzrə yəni mənzilin tikintisinə yönəldilmişdir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC və "xxxx" firmasının (indiki Meridian-M" MMC) vəzifəli şəxsləri barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07 may 2019cu il tarixli 2(102)-2549/2019 saylı xüsusi qərardadı araşdırılma aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, hal-hazırda araşdırma Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində "xxxx" ASC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işinə əlavə edilərək birlikdə araşdırılır. Azərbaycan Respublikasının MPM-in 9-cu maddəsində qeyd edilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər,sübutlar və hüquqi nətiçələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Həmin Məcəllənin 77-ci maddəsində qeyd edilir ki, bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.Həmin Məcəllənin 82-ci maddəsində qeyd edilir ki, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı-Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehə qarşı "Kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə" iddia tələbi qanunsuz və əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarında göstərilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixdən etibarən İddiaçı ASC-in ləğvedicisi təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 24 noyabr 2000-ci il tarixli 103/1 saylı müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh verilmiş 154.000 manat kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 24 noyabr 2000-ci il tarixli 103/1 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh verilmiş 154.000 manat kreditin əvəzində ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus 3 otaqlı 40 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin 24 fevral 2023-cü il tarixdə 15 saylı vəkil bürosunun vəkili Nümayəndə2 ünvanladığı 2-2-02/3/2-202026262/2023 saylı məktubunda göstərilmişdir ki, 2(102)- 2549/2019 saylı mülki iş üzrə çıxarılmış 07 may 2019-cu il tarixli xüsusi qərardad Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 179.3.2, 193-1.3.2 və 308.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilərək araşdırılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 aprel 2023-cü il tarixli məlumatın verilməsi haqqında məktubunda göstərilir ki, ünvan 5 ünvanına dair məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, N. Rəfiyev küçəsi, ev 25A, ümumi sahəsi 94.82 kv.m, yaşayış sahəsi 46.1 kv.m, olan 2 otaqlı 40 saylı mənzilin ilkin olaraq "xxxx" MTK-nın xx.xx.2015-ci il tarixli 2 nömrəli protokolundan çıxarışa və 44 nömrəli maliyyə arayışına əsasən X1 adına xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir. 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 4Ə-2368 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Teymur Süleymanovun adına xx.xx.2022-c1 tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildiririk ki, sorğuda qeyd olunan Cavabdeh və ya Aytən Əhmədovanın adlarına Bakı şəhəri, N.Rəfiyev küçəsi, ev 25A, 3 otaqlı 40 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, sorğuya əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş məktubda qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, N.Rəfiyev küçəsi, ev 25, 40 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, sizin 16 nömrəli xx.xx.2023-cü il tarixli sorğunuzda rayon adı qeyd edilmədiyi üçün Nərimanov rayonu üzrə axtarış aparılmış və mənzilin qeydiyyatdan keçmədiyi bildirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin 24 iyul 2013-cü il tarixli 11/K-369 saylı arayışında göstərilir ki, Cavabdeh həqiqətən İddiaçı ASC-də olan **********4420000 saylı hesabı var və onun 24 iyul 2013-cü il tarixinə banka heç bir borcu yoxdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(007)-1999/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 25.812 manat məbləğində pul "xxxx" Kooperativindən alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(103)-12310/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, "xxxx" firmasından (Kooperativindən, hazırkı "xxxx" MMC-dən) Cavabdeh xeyrinə 25.812 (iyirmi beş min səkkiz yüz on iki) manat məbləğində pul tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(102)-2549/2019 saylı qərarı ilə "xxxx" MMC-nin nümayəndəsi və vəkili Əlizadə Əmirulla Əlibaxış oğlunun kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli 2(103)-12310/2018 saylı qərardadı onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli 2(102)-2549/2019 saylı qərarı ilə "xxxx" MMC-nin nümayəndəsi və vəkili Əlizadə Əmirulla Əlibaxış oğlunun şikayəti təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli 2(103)-12310/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli 2(103)- 9354/2019 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1999/2018 saylı mülki iş üzrə qəbul etdiyi 05 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(011)-7713/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) Bakı şəhəri, N.Rəfiyev küçəsi, ev 25A ünvanında inşa edilən yen« yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 (iyirmi beş min səkkiz yüz on iki) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(103)-279/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı işi üzrə 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh "xxxx" MMC-nin qarşı “pul” tələbinə dair iddiası rədd edilmiş, ekspertiza xərci olan 145 manat məbləğdə pul vəsaiti iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli 2(102)-1430/2022 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli 2(103)-279/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2022-ci il tarixli 2(103)-4360/2022 saylı qətnaməsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-7713/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli 2(102)-2219/2022 saylı qərarı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2022 nömrəli 21 iyun 2022-ci il tarixli qətnaməsi qəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 may 2023-cü il tarixli 13(102)-81/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2022-ci il 28 noyabr tarixli, 2(102)-5519/2022 nömrəli qərarından cavabdeh "xxxx" MMC və vəkili Əlizadə Əmirulla Əlibaxış oğlunun verdikləri əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında Cavabdeh 154000 manat kredit ayrılmasına dair 24 noyabr 2019-cu il tarixli 103 saylı kredit müqaviləsi bağlansa da, iddiaçı tərəfindən həmin kreditin cavabdehə nağd şəkildə ödənilməsini təsdiq edən məxaric orderi, eləcə də cavabdehin göstərdiyi digər hesaba nağdsız köçürülməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya, apelyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri tərəfindən Cavabdeh İddiaçı ASC-yə və "xxxx" MMC-yə qarşı 26812 manat iddia tələbinin İddiaçıa qarşı rədd edilməsi və "xxxx" MMC-yə yönəldilməsi hazırkı iddiaçı və cavabdeh arasında kredit münasibətlərinin olmamasını təsdiq edir. Həmçinin müəyyən edildi ki, İddiaçıla Cavabdeh arasında 24 noyabr 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən binanın 2-ci blokunda, 3-cü mərtəbəsində 140 km.m ümumi sahədən ibarət 3 otaqlı 40 nömrəli mənzilin ipotekaya qoyulması barədə 103/1 saylı müqavilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra normalarının tələblərinə riayət edilməməklə bağlanılmışdır. Belə ki, ipoteka müqaviləsi notariat orqanı tərəfindən təsdiq olunmamış, ipoteka qoyulan mənzilin yüklü olması dövlət reyestri xidmətində qeydə alınmamışdır. İddiaçı təşkilatın nümayəndəsi ipotekaya dair bildiriş göndərilməsini və bildirişlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilməsini iddia etsə də, bu barədə məhkəməyə hər-hansı bir sübut təqdim edilmədi. Eləcə də müəyyən olundu ki, ünvan 6 ünvanında yerləşən 40 nömrəli mənzil heç kimin adına qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanunu 10.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh və istinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməli, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 151.269 manat əsas, 248,900 manat faiz və 691 manat dövlət rusumu olmaqla, cəmi 400.169,50 manat pulun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 3 otaqlı 40 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair iddiası təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 151.269 manat əsas, 248,900 manat faiz və 691 manat dövlət rusumu olmaqla, cəmi 400.169,50 manat pulun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 3 otaqlı 40 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar