Məhkəmə qərarları › İş №e-2(026)-98/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-98/2023

03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-98/2023 03.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı Cavabdeh Əlsoltan oğlundan “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 49.20 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 179 manat 60 qəpik məbləğində vurulmuş ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlsoltan oğlundan “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 49.20 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 179 manat 60 qəpik məbləğində vurulmuş ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbinin başqa şəxsin adına verildiyi üçün mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, 30 manat ödənilmiş dövlət rüsumunun və 40 qəpik xidmət haqqının geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Əlsoltan oğlundan “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 49.20 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 179 manat 60 qəpik məbləğində vurulmuş ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar